Yuxarı

MTRŞ-dən rəqəmli yayımla bağlı iddialara - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dən rəqəmli yayımla bağlı iddialara - Cavab

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmaması ilə bağlı iddialara münasibət bildirib.

MTRŞ-nin Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov APA-ya bildirib ki, televiziya yayımçıları audio və video siqnalı formalaşdıraraq "Teleradio" İstehsalat Birliyinə ötürür, digər əməliyyatlar isə "Teleradio" İstehsalat Birliyində həyata keçirilir.

O qeyd edib ki, Bakı şəhəri və Abşeron yarımadası ərazisində bütün ümumölkə televiziya yayımçıları 2 paketdə yayımlanır: "İki ildən artıqdır ki, Azərbaycan əhalisinin 99 faizini əhatə etmək şərti ilə bütün ölkədə rəqəmli TV yayımı analoq TV yayımı ilə paralel aparılır. Ona görə burada hər hansı bir televiziya yayımçısının rəqəmli yayıma keçidə hazır olub-olmamağından söhbət gedə bilməz.

"Teleradio" İstehsalat Birliyində ayrıca televiziya yayımçısı üçün yox, paketdə olan bütün televiziya yayımçılarından daxil olan siqnallar üçün MPEG-4 standartı üzrə analoq-rəqəm çevrilməsi yerinə yetirilir. Ona görə də ayrılıqda hansısa telekanalın rəqəmli yayıma keçidə hazır olub-olmamasından söhbət gedə bilməz".

Qeyd edək ki, bəzi telekanalların rəqəmli yayıma keçidə hazır olmadığı haqda məlumat yayımlanıb.

Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box") istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box") satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

Tarix
2016.10.12 / 21:07
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla