Yuxarı

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Rusiyadakı neonasist və oxşar radikal qruplar bu ölkənin dövlət televiziya kanallarında Azərbaycana qarşı təxribatçı çıxışlardan ruhlanaraq Moskvada Azərbaycan səfirliyinin qonaq evi qarşısında ölkəmiz əleyhinə təxribat xarakterli şəkillər yerləşdiriblər. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı yaydığı bəyanatda təxribatın Azərbaycan-Rusiya münasibətlərinin süni şəkildə gərginləşdirilməsinə xidmət etdiyini bildirib. Məsələ burasındadır ki, Kreml “süni” adlandırdığımız gərginliyin təbii hala keçməsinə şərait yaratmaqla məşğuldur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

“Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova azərbaycanlı blogerlərin antrusiya çıxışlarını toplayıb Bakıya göndərdiklərini bildirib. Mariya Zaxarova blogerlərimizin qərəzli olmasından şikayətlənib. Rusiyaya blogerlərin qərəzli olması ilə bu ölkənin dövlət televiziya kanallarında Azərbaycanı hədələmək, aşağılamaq və səfirliyimiz qarşısında təxribatçı şəkillər yerləşdirmək müqayisə oluna bilməz. Rusiyanın Bakıdakı səfirliyi qarşısında bu ölkəyə qarşı təxribatçı şəkillərin yapışdırılmasına polisimiz imkan verməz. Çünki biz gərginliyin tərəfi olmaq istəmirik. Moskvada isə yuxarıdan verilən təlimat əsasında polis təxribatçıları gözməzdən gəlib. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın aidiyyəti qurumlarından səfirliyimiz qarşısında təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb. Yenə qulaqardına vuracaqlar. Səfirliyimiz qarşısında təxribata şərait yaradanlar öz əməllərinə hüquqi qiymət verərlərmi?” - o qeyd edib.

Tarix
2026.08.28 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki səfiri qəbul etdi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla