Yuxarı

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məsləhətçisi olmuş, parlamentin sabiq deputatı Aram Sərkisyanın Azərbaycanla bağlı son açıqlaması maraq doğurub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, “Hraparak”a danışan Sərkisyan, bəzi məlumatları ilk dəfə açıqladığını bildirib.

Onun sözlərinə görə, 2001-2007-ci illər arasında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşündən sonra yaşanan bir hadisə bəzi suallar doğurub:

“Həmin illərdə ABŞ-ın keçmiş dövlət katibinin müavini və Rusiya Şərqşünaslıq İnstitutunun o vaxtkı elmi direktoru Vitali Naumkinin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş keçirildi. Bir müddət Azərbaycan tərəfini keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov koordinasiya edirdi, Ermənistan tərəfində isə nümayəndə heyətinə mən rəhbərlik edirdim. Bir dəfə müzakirələrdən sonra Zülfüqarovla görüşüb kofe içdik. Həmin vaxt ondan soruşdum ki, niyə 1999-cu ildə o özü xarici işlər naziri, onunla paralel olaraq prezidentin xarici əlaqələr üzrə müşaviri də (Vəfa Quluzadə-red.) eyni anda vəzifədən istefa verdilər. Tofiq Zülfüqarovun cavabı maraqlı idi. Dedi ki, əgər istefa verməsəydilər, 1999-cu ildə Ermənistan parlamentində yaşanan hadisə Bakıda da təkrarlanacaqdı. Mən heyrətləndim, belə bir cavab verəcəyi ağlıma belə gəlməzdi. Daha sonra o getdi, bir daha da Zülfüqarovu görmədim”.

A.Sərkisyan Ermənistan parlamentində yaşananlardan əvvəl baş verənləri belə xatırlayıb:

“Uzun müddət bu məsələni düşündüm, qənaətə gəldim ki, 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş nazir Vazgen Sərkisyan, parlament sədri Karen Dəmirçiyan və başqa 6 dövlət rəsmisinin ölümü ilə nəticələnən terror hücumunun arxasında Rusiya deyil, başqa bir xüsusi xidmət orqanı var. Vazgenlə Karenin Rusiya və Çinlə çox yaxşı əlaqələri vardı, onları dinləyirdilər. Yəni bu hücum Moskvaya sərf etməz. Amma Vazgen Sərkisyanın məhz ABŞ-a səfərindən sonra terror hücumu nəticəsində öldürülməsi diqqətimi çəkir. O, ABŞ-da Ermənistanla bağlı çox qaranlıq məlumatlar öyrənmişdi. Ona deyilmişdi ki, Ermənistana maliyyə axınının 65 faizinin hansı istiqamətdə dövr etdiyi bəllidir, amma 35 faizin deyil. Vazgen ABŞ-dan məyus halda qayıtmışdı. Hökumətin iclasında da hər kəsi cəzalandıracağını dedi. Bundan sonra həmin terror hücumu baş verdi”.

Tarix
2026.08.28 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla