Yuxarı

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı son açıqlamalarına son dərəcə sərt reaksiya verib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Paşinyan daha əvvəl keçirdiyi brifinqdə 2022-ci ilin sentyabrında Azərbaycan–Ermənistan sərhədində baş verən toqquşmaları xatırladaraq, Rusiya və KTMT-nin Ermənistan qarşısında müqavilə öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Zaxarova isə Paşinyana 2022-ci ildə baş verənləri xatırladıb. Onun sözlərinə görə, həmin il KTMT-nin baş katibi İrəvana səfər edərək Paşinyanla şəxsən görüşüb. Rusiya XİN rəsmisi vurğulayıb ki, baş katib İrəvana “Cənubi Qafqazın gözəlliklərinə baxmağa” deyil, üzv dövlətlərin ərazilərinin müdafiəsi ilə məşğul olan təşkilatın konkret missiyası ilə gəlmişdi.

Zaxarovanın sözlərinə görə, Paşinyan Ermənistanın təhlükəsizliyini təmin etmək üçün nə hüquqi, nə də siyasi baxımdan lazımi addımları atıb.

O, həmçinin xatırladıb ki, Paşinyan 2022-ci ilin noyabrında KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı qərarın razılaşdırılmasını nəzərdə tutan sənədi imzalamaqdan imtina edib. Bundan bir ay əvvəl – 2022-ci ilin oktyabrında isə Praqada Avropa İttifaqının vasitəçiliyi ilə qəbul edilən bəyanatda İrəvan Azərbaycanın ərazi bütövlüyünü, Qarabağ da daxil olmaqla, tanıyıb.

Zaxarova daha sonra birbaşa Paşinyana müraciət edib:

“Nikol Vovayeviç, əgər indi səfiri çağırmaq və ya sevdiyiniz kimi növbəti etiraz notasını yazmaq üçün əliniz tərpənəcəksə, iki dəfə düşünün. Çünki onda sadalananlardan hansının həqiqətə uyğun olmadığını göstərməli olacaqsınız. Yuxarıda deyilənlərin hamısı tarixi faktdır. Hər bir tezis sizin öz sözləriniz və öz qərarlarınızla təsdiqlənir”.

Rusiya XİN rəsmisi Paşinyanı məsuliyyəti başqalarının üzərinə atmaqda ittiham edib:

“Sizə narahat suallar veriləndə özünüzü günahdan kənara çəkməyi, məsuliyyəti üzərinizdən atmağı və onu əlinizin çatdığı, şəxsən xoşunuza gəlməyən hər kəsin üzərinə yıxmağı dayandırın: Moskvanın, KTMT-nin, Azərbaycanın, Ermənistanın əvvəlki rəhbərliyinin, Erməni Apostol Kilsəsinin və indi fəal şəkildə mübarizə apardığınız erməni sahibkarların, Qarabağ ermənilərinin, onların əcdadlarının və uşaqlarının üzərinə. Bu, həyasızlıqdır”.

Zaxarova çıxışını daha sərt ifadə ilə yekunlaşdırıb:

“Sizdə hamı günahkardır. Günahsız olan yalnız sizsiniz”.

Tarix
2026.08.29 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycanla bu ölkə arasında viza rejimi sadələşdirilir

Bayramov Arakçı ilə görüşdü: Nələr müzakirə edildi?

Bayramov Hindistan-Pakistan münasibətlərindən danışdı

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla