Yuxarı

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları birgə açıqlama yayıb.

Axar.az-ın Bizim.media-ya istinadən məlumatına görə, açıqlamada bildirilir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dini müxtəlifliyin qorunması, konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi və multikultural dəyərlərin təşviqi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

“Dini icmalara göstərilən maliyyə dəstəyi də bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacib göstəricilərindəndir. Bu dövlət siyasətinin yaratdığı əlverişli şəraitdə Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmaları öz fəaliyyətlərini şəffaflıq, hesabatlılıq və qanunvericiliyin tələblərinə riayət olunması prinsipləri əsasında həyata keçirirlər.

Bu günlərdə özünü Azərbaycan Yəhudi Media Mərkəzi kimi təqdim edən quruma məxsus “AJMedia” xəbər portalında ölkədə fəaliyyət göstərən yəhudi dini icmalarının fəaliyyəti, o cümlədən, maliyyə məsələləri ilə bağlı həqiqəti əks etdirməyən məlumatın yayılması təəssüf doğurur.

Birmənalı şəkildə qeyd edirik ki, ayrılan vəsaitlərin istifadəsi müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir, maliyyə əməliyyatları müvafiq nəzarət və hesabatlılıq çərçivəsində aparılır”, – məlumatda qeyd edilir.

Bildirilir ki, hər hansı media qurumunun yəhudi dini icmasının adından çıxış etməsi, onun mövqeyini icmanın özünün rəsmi mövqeyinə istinad etmədən təqdim etməsi və ya icma adından ictimai rəy formalaşdırmağa cəhd göstərməsi qəbuledilməzdir və media fəaliyyətinin əsas prinsipləri ilə ziddiyyət təşkil edən yolverilməz yanaşmadır:

“Bir daha qeyd edirik ki, Azərbaycanın yəhudi dini icmaları “AJMedia”nı özünün informasiya resursu olaraq qəbul etmir, onu bu və ya digər formada dəstəkləmir, həmin resursda dərc ediləm fikirlərin icmaların mövqeyini əks etdirmədiyini bildirirlər.

Yəhudi dini icmaları bundan sonra da fəaliyyətləri ilə bağlı media nümayəndələrinin suallarını cavablandırmağa və ictimaiyyəti maraqlandıran məsələlərlə əlaqədar mövqelərini birbaşa açıqlamağa hazırdırlar”.

Birgə açıqlamanı Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski və Sefarad Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Zamir İsayev yayıb.

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi də bundan öncə sözügedən resurs barədə bəyanat vermişdi.

Tarix
2026.08.29 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki səfiri qəbul etdi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla