Yuxarı

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

Rusiya Prezidenti Vladimir Putin Ermənistanda həbsdə olan əziz dostu Robert Köçəryanı anadan olması münasibətilə təbrik etdikdən bir gün sonra eks-prezidentin ermənilərə məktubu yayımlanıb. Köçəryan məktubda “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” cümləsini işlətməklə xalqı seçkilərdə qələbə çalan baş nazirə qarşı faktiki üsyana çağırıb. Köçəryan anlayır ki, böyük korrupsiya ilə bağlı üzləşdiyi ittihamlara görə həyatının sonuna qədər həbsxanadan çıxmaya bilər. Ona görə də o, üsyan çağırışlarına üstünlük verib. Yəqin Putinin ad günü təbriki də Köçəryanı həvəsləndirib.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Nikol Paşinyan Putinin Köçəryana davamlı təbrik məktublarından çəkinsəydi, eks-prezidenti həbsə yollamazdı. Putin hələ aylar öncə medianın gözü önündə Paşinyanı bu sözlərlə xəbərdar etmişdi: “Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrə təzyiqdən imtina et!”. Paşinyan doğru olaraq bu çağırışı da qulaqardına vuraraq Kremlin dəstək verdiyi liderlərin tamamını həbsxanaya göndərdi.

Yəni Paşinyan Putinin hədələrindən çəkinmir. Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarına qoyduğu qadağalar da işə yaramadı. Radikallar həbsdə olduğundan Kremlin Ermənistanda xaos yaradacaq yeganə alternativi erməni ordusundakı casus zabitləridir. Bəlkə onlar Kremlin əmri ilə Paşinyanı devirmək istəyələr. Ancaq Vaşinqton və Brüssel bu ehtimalı da nəzərə alaraq Rusiyanın Ermənistanla bağlı kəşfiyyat planlarının Paşinyanla bölüşürlər.

Nikol Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğunu tamamlamalıdır. Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq amil bölgədə sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir. Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş və müzakirələr sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmalıdır”, - ekspert vurğulayıb.

Tarix
2026.08.31 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev iki səfiri qəbul etdi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla