Yuxarı

Bu bioloq “diplomatın” sərsəm açıqlaması... – XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bioloq “diplomatın” sərsəm açıqlaması... – XİN

ATƏT-in Minsk Qrupunun bütün üzvləri münaqişənin həlli prosesinə öz töhfələrini verməlidirlər.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryanın Qarabağ konfliktində Türkiyənin rolu ilə bağlı fikirlərini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.

"Biz bir qayda olaraq Ermənistanın xarici işlər nazirinin bioloq müavini Şavarş Köçəryanın sərsəm açıqlamalarını şərh etmirik. Bu insan xarici siyasət və diplomatiyadan uzaq olduğunu verdiyi cəfəng açıqlamaları ilə sübut edir. Onun son açıqlamasına gəldikdə isə Şavarş Köçəryana xatırlatmaq istərdik ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvüdür. ATƏT-in Minsk Qrupunun bütün üzvləri də münaqişənin həlli prosesinə öz töhfələrini verməlidirlər", - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında Türkiyənin Qarabağ konfliktinin həlli prosesində pozitiv rol oynayacağını söyləmişdi. Ermənistan Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan isə Türkiyənin Qarabağ konfliktinin həlli prosesində yeri olmadığını bildirib.

Tarix
2016.10.17 / 14:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla