Yuxarı

"Neftin qiymətinin aşağı düşməsi müvəqqətidir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın şaxələndirilmiş potensialını daha da inkişaf etdirəcək, yeni iqtisadi mühitdə iş adamlarımızın marağını və sərmayələrin cazibəsini artıracaq birgə imkanlardan istifadə olunmasını araşdıracağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Ərkan Özoral AzərTac-a müsahibəsində bildirib.

"Neftin qiymətinin aşağı düşməsi nəticəsində 2015-ci ildə ticarət dövriyyəmizin həcmi müəyyən qədər azalsa da, hesab edirəm ki, bu, müvəqqəti haldır. Qarşıya 2020-ci ilədək 15 milyard dollarlıq ticarət dövriyyəsi səviyyəsinə çatmaq hədəfi qoyulub. Bununla yanaşı, strateji əməkdaşlığımıza xidmət edən qarşılıqlı investisiyaların müsbət nəticələr verdiyini görürük. Bir neçə konkret fakt göstərmək istərdim. Türk şirkətlərinin Azərbaycandakı sərmayələrinin məbləği 9 milyard dollara çatıb. Əsasən telekommunikasiya, bank-sığorta, nəqliyyat, tekstil, mebel, inşaat materialları sahələrində fəaliyyət göstərən 2665 şirkətimiz 25 mindən çox insana iş imkanı təqdim edir. Podratçı firmalarımız Azərbaycanda 2003-cü ildən indiyədək 11 milyard dollar dəyərində 347 layihə həyata keçirib. Azərbaycanın Türkiyədəki sərmayələri isə 4 milyard dolları ötüb. İzmirdə inşası davam edən "Star" neft emalı zavoduna 5,5 milyard dollar investisiya qoymağı planlaşdıran SOCAR-ın enerji və infrastruktur investisiyalarının ümumi məbləğinin 17-20 milyard dollara çatması gözlənilir.

Qarşıdakı dövrdə isə qlobal reallıqları nəzərə alaraq, Azərbaycanın şaxələndirilmiş potensialını daha da inkişaf etdirəcək, yeni iqtisadi mühitdə iş adamlarımızın marağını və sərmayələrin cazibəsini artıracaq birgə imkanlardan istifadə olunmasını araşdıracağıq.

Azərbaycan tarixən "İpək yolu", yəni Şərqdən Qərbə doğru uzanan nəqliyyat marşrutu üzərində bir keçid qapısı rolunu oynayıb. Bu gün Azərbaycan Xəzər hövzəsində logistika mərkəzinə çevrilmək baxımından geostrateji mövqeyinə görə diqqət çəkən ölkədir. Həmin potensialın iş adamlarımız tərəfindən birgə istehsal müəssisələrinin qurularaq dəyərləndiriləcəyi təqdirdə, ikitərəfli ticarətlə yanaşı, üçüncü ölkə bazarlarına da çıxmaq baxımından mühüm imkanlar əldə olunacaq. Beləliklə, şirkətlərimizin Azərbaycanda birgə istehsala istiqamətlənməsi bu baxımdan xüsusi diqqət yetirdiyimiz mühüm məsələdir. Artıq yüksək səviyyədə olan enerji əməkdaşlığı ilə yanaşı, kənd təsərrüfatı, səhiyyə, müdafiə sənayesi sahələrində əməkdaşlıq üçün də mühüm potensial var. Türkiyə özəl sektorunun bu sahələrdə malik olduğu təcrübənin Azərbaycanın potensialı ilə birləşdirilməsini təmin edəcək layihələrə üstünlük verməyi nəzərdə tuturuq.

Bu kəmər Azərbaycandan gələn qazın həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq", - Özoral vurğulayıb.

Tarix
2016.10.24 / 21:23
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla