Yuxarı

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Son günlər Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində vahid geyim qaydaları və dünyəvilik prinsipləri ilə bağlı qəbul edilən qərarlar İranda fəal şəkildə müzakirə olunur və rəsmi-ideoloji resurslar tərəfindən kəskin reaksiya ilə qarşılanır.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı əsas müzakirələr daha çox SEPAH və Qumda yerləşən ideoloji mərkəzlərə bağlı sosial media platformalarında aparılır.

Qeyd olunan qurumlara bağlı media resursları və sosial şəbəkə fəalları bu qərarı kontekstdən çıxararaq Azərbaycan Respublikasında guya “hicab qadağası” tətbiq edildiyi barədə məqsədyönlü materiallar yayırlar. Təbliğat xarakterli bu paylaşımlarda Azərbaycan dövləti islam dininə zidd siyasət yürütməkdə ittiham edirlər.

İranın daxilində məcburi hicab qanununa qarşı ciddi ictimai müqavimətin və narazılıqların olduğu bir vaxtda hakimiyyət mətbuatı bu mövzudan diqqəti yayındırmaq üçün bir fürsət kimi istifadə edir. Azərbaycanı hədəf göstərməklə öz daxili auditoriyalarına şəriət qaydalarının qorunmasının vacibliyi barədə ideoloji mesajlar verilir.

Həmin media və sosial media şəbəkəsində səsləndirilən ittihamlarla Azərbaycan daxilində süni şəkildə dini qarşıdurma və narazılıq görüntüsü yaratmağa çalışılır, ölkədə dünyəvi dövlətçilik modelini hədəf alaraq şəriət prinsiplərinə əsaslanan çağırışlar edilir.

Bununla yanaşı xarici ölkələrdə yaşayan müxalif şəxslər, blogerlər, sosial media kanallarının adminləri daha fəal olmağa çağırılır, məsələnin daha geniş işıqlandırılması ilə bağlı onlara istənilən dəstək verməyə hazır olduqları bildirilir.

Yerli mollalrın da çıxışlarının yayıldığı həmin platformalarda İranın dini və siyasi rəhbərliyinin Azərbaycan Respublikası və İsrail arasındakı münasibətləri barədə ənənəvi ittihamlar təkrar olunur.

İranlılarla yanaşı həmçinin Qum, Məşhəd, Qəzvin və Tehranın dini mərkəzlərində təhsil alan türkiyəli ələvi təriqətinə mənsub tələbə və dərnək rəhbərlərinin də oxşar çağırışları yayımlanır.

Bəzi sosial media və insan haqları fəallarının bildirdiyinə görə, azərbaycanlı sosial media kanalları, o cümlədən Təbrizin "Azərəncümən" və "Tabrizone" sosial media qurumlarına "Azərbaycan respublikasında hicaba qadağa" mövzusunda paylaşımlar etmədiklərinə görə təzyiq göstərilib, xəbərdarlıq edilib və fəaliyyət icazələrinin yenidən nəzərdən keçirilməsi barədə təhdid ediliblər.

Tarix
2026.10.12 / 12:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

Ərəbistanın xahişini ABŞ niyə rədd etdi? - Böyük oyun

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İpoteka şərtləri ağırdır: ilkin ödəniş də, aylıq da...

İlham Əliyev onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla