Yuxarı

Baş redaktor nazirliyin saxta məqalə ittihamına cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş redaktor nazirliyin saxta məqalə ittihamına cavab verdi

12:56

"Respublika" qəzetinin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı" adlı yazı dərc edilib.

Axar.az xəbər verir ki, Təhsil Nazirliyinin Mətbuat xidməti rəsmi açıqlama yayaraq, qeyd olunan yazının təhsil naziri Mikayıl Cabbarova aid olmadığını bildirib:

"Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika" qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb".

Məsələ ilə bağlı "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov isə Qaynarinfo.az-a açıqlamasında bildirib ki, gərək mətbuat xidməti bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı:

"Mətbuatda deyilənlər uydurma bir şeydir. Biz uşaq deyilik ki, nəsə uyduraq və kiminsə adından nəsə yazaq. Bu məsələ ilə bağlı nazirliyə zəng etmişəm, nazirin özü bilir. Nazirliyin məsul işçisi elektron ünvanla həmin yazını bizə göndərib. Biz onu çap etmişik, məqalə normal məqalədir, təhsilin inkişafı ilə bağlıdır. Aranı qarışdıranlar yayıb ki, guya nazirin bu yazıdan xəbəri yoxdur. Nazirin birbaşa özü ilə əlaqə saxlayan şəxs, nazirliyin məsul işçisi yazını mənə göndərib. Kimlərsə aranı qarışdırıb şou yaratmaq istəyir, o da baş tutmayacaq. Mətbuat xidməti öz işini yaxşı görən adam olsa, bu məsələni idarənin içində aydınlaşdırıb, sonra hay-küy salardı. Bu güman edib ki, mən yazını göndərməmişəmsə, bəs bunu kim göndərib. İstəyir nazirliyin yanında özünə hörmət qazansın. İndi nazir onu yanına çağırıb başına qapaz vuracaq".

Tarix
2016.10.27 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla