Yuxarı

Qarabağ Türkiyənin qanayan yarasıdır – Səfir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ Türkiyənin qanayan yarasıdır – Səfir

Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır.

Bunu Trend-ə müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Ərkan Özoral deyib.

Səfir qeyd edib ki, Dağlıq Qarabağ problemi artıq öz ədalətli həllini tapmalıdır.

Diplomat bildirib ki, uzun illərdir ATƏT-in Minsk Qrupu çərçivəsində problemin həlli və münaqişənin nizamlanması istiqamətində addımlar atmağa səy göstərilir:

"Lakin çox təəssüf ki, Türkiyənin də dəstəklədiyi danışıqlar prosesi bu günə qədər müsbət nəticə verməyib. Ümid edirik ki, bu müzakirələr artıq konstruktiv keyfiyyət qazanacaq və məsələnin həlli istiqamətində konkret addımlar atılacaq".

Onun sözlərinə görə, Türkiyə Qafqazın sülh və əmin-amanlıq bölgəsi olmasını istəyir:

"Türkiyə olaraq bölgəmizdə və xüsusilə də qonşu ölkələrdə yaşanan münaqişə və problemlərdən kifayət qədər əziyyət çəkirik. Bu kontekstdə Qafqaz bölgəsinin bir "sülh adası" kimi bütün dünyaya nümunə olmasını istəyirik".

Ə.Özoral diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü prinsipi çərçivəsində, davamlı və ədalətli şəkildə həll olunmalıdır:

"Türkiyə bu prinsiplər çərçivəsində Azərbaycanın qəbul edəcəyi istənilən həll yolunu hər zaman dəstəkləyib və dəstəkləməyə davam edəcək. Sülhün əldə olunması üçün hər cür dəstək verməyə hazırıq. Problemin həlli gecikdikcə Azərbaycanın məruz qaldığı böyük haqsızlıq daha da artır".

Tarix
2016.10.27 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla