Yuxarı

ABŞ mediası: "Bakı bunu reallığa çeviribsə, Qərb..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ mediası: "Bakı bunu reallığa çeviribsə, Qərb..."

ABŞ-da çıxan "Amerikan Thinker" analitik jurnalında Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında hadisələrin təhlilində ixtisaslaşan avstraliyalı siyasi şərhçi Castin Emlerin "Bakı İslamın öz gələcəyi ilə qarşılaşdığı məkandır" sərlövhəli məqaləsi dərc olunub. Məqalədə ölkəmizdə dövlətçiliyin möhkəmliyindən, ənənəvi dəyərlərin vəhdətindən, müasir Azərbaycan cəmiyyətinin xarakterindən danışılır.

Axar.az xəbər verir ki, müəllif yazır: "Paytaxt Bakının lap qədimlərdən atəşpərəstlərin sitayiş yeri kimi tanınmasına, Azərbaycanın isə enerji resursları ilə zəngin olmasına baxmayaraq, bu ölkənin heç də az əhəmiyyət kəsb etməyən və bütün dünyanın da bilməli olduğu digər cəhətləri var. Beşinci Bakı Beynəlxalq Humanitar Forumunda Azərbaycan ən dəyərli cəhətini - müsəlmanların, yəhudilərin, katoliklərin və başqalarının həmrəylik şəraitində yanaşı yaşadığı dünyəvi və müasir müsəlman dövləti modelinin necə olduğunu bütün dünyaya nümayiş etdirdi".

C.Emler vurğulayır ki, Bakı küçələrində gəzişərkən həm dini, həm də müasir geyimli adamları görmək olar. Bu da modanın paytaxtları sayılan Nyu Yorku və Parisi xatırladır.

Cəmiyyətdəki tolerantlıqdan danışan ekspert yazır ki, Azərbaycanda yəhudi icmalarının liderləri yəhudilərə Parisdə etdikləri kimi milli paltar geyinməkdən çəkinməyi məsləhət görmürlər. "Azərbaycan hansı yollasa plüralizmi elə vasitələrlə reallığa çevirməyə nail olub ki, ənənəvi Qərb ölkələri bunu yalnız xəyal edə bilərlər",- deyə müəllif əlavə edir.

C.Emler fikrini belə yekunlaşdırır: "Bəlkə də Azərbaycanı xəritədə dərhal tapmaq asan deyil, lakin o, şəksiz olaraq dünyada öz izini qoyur".

Tarix
2016.10.30 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla