Yuxarı

İrandan pul alan saytlar hansılardır? – Amaşov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandan pul alan saytlar hansılardır? – Amaşov

Heç bunu 5-10 yazıya görə də müəyyənləşdirmək olmaz.

Bu sözləri Axar.az-a Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov həmkarı Yevda Abramovun bəzi saytların İrandan maliyyələşməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu barədə araşdırma apara bilər:

"Azərbaycan müstəqil ölkədir, onun özünün müstəqil siyasəti var. Tarixən qonşu ölkələrin hər birinin Azərbaycanla münasibətləri mövcud olub. Buna baxmayaraq, bu ölkələrin hər birinin maraqları var. Bu maraqlar Azərbaycanın mövqeyinə uyğun gəlməyə də bilər. Belə düşünürəm ki, siyasət həmişə birgə yaşamaq, səmimi və mehriban qonşuluq prinsiplərini inkişaf etdirilməsinə zəmin yaratmalıdır.

Mən deyə bilmərəm hansı saytı hansı dövlət maliyyələşdirir. Heç bunu 5-10 yazıya görə də müəyyənləşdirmək olmaz. Ancaq bunu araşdıran müvafiq qurumlar var.

Onu dəqiq deyə bilərəm ki, Azərbaycanda yaradılan, bu ölkədə fəaliyyət göstərən istənilən kütləvi informasiya vasitəsi, o cümlədən saytların başlıca məqsədi öz xalqına, dövlətinə xidmət etmək olmalıdır".

Xatırladaq ki, Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a müsahibəsində bəzi saytların İrandan maliyyələşdiyini iddia edib.

"Azərbaycanda İranın təsiri altında olan saytlar, digər KİV orqanları var. Onlar mütəmadi olaraq İran səfirliyindən və hakim dairələrindən paketlər alırlar.

Bizim İrana qızınan, isinən jurnalistlərimiz var. Onların ailələri və özləri İrana pulsuz səfərlər edirlər. Onlar da İranın xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirirlər. Görünən kəndə nə bələdçi lazımdır ki..." - deputat qeyd edib.

Tarix
2016.10.31 / 17:03
Müəllif
Hacı Qulu
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla