Yuxarı

Nazir Bakının Suriya ilə bağlı mövqeyini açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Bakının Suriya ilə bağlı mövqeyini açıqladı

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Misirin Yaxın Şərq İnformasiya Agentliyinə (MENA) müsahibə verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, E.Məmmədyarov ölkələrimiz arasında ikitərəfli əlaqələrin tarixi, siyasi, iqtisadi, enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə qurulmuş əməkdaşlıqdan söz açıb. Nazir əczaçılıq, turizm, yüngül sənaye, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb. O, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hökumətlərarası komissiyanın noyabr ayında keçirilməsi nəzərdə tutulan iclasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib və parlamentlərarası əlaqələrin vacibliyinə toxunub.

İki ölkə arasında müqavilə-hüquq bazasının geniş olduğunu qeyd edən Elmar Məmmədyarov ikitərəfli əsasda müxtəlif sahələri əhatə edən 40-dan çox sənədin imzalandığını bildirib və yüksək səviyyəli səfərlərin əhəmiyyətindən danışıb.

Nazir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi təşkilatın işinə verdiyi töhfələrdən söz açıb, ilk dəfə ölkəmizin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurası-İslam Əməkdaşlıq Təşkilatı formatında birgə iclasın keçirildiyini xatırladıb. O, eyni zamanda, bu təşəbbüsün davam etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Çoxtərəfli əsasda beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Misir əlaqələrinə toxunan Elmar Məmmədyarov 2019-cu ildə Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və 2019-2022-ci illərdə ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyini bildirib.

Suriya probleminin həllində Azərbaycanın mövqeyinə dair suala cavabında nazir qeyd edib ki, ilk növbədə humanitar böhranın aradan qaldırılması üçün Suriyada atəşkəsə nail olunmalı və problemin siyasi həlli tapılmalıdır. O, bütün Suriya xalqının iradəsinə əsaslanan siyasi həllin tapılması üçün hərtərəfli prosesin başlanılmasının vacibliyini qeyd edərək, Suriyanın ərazi bütövlüyünün və siyasi birliyinin təmin edilməli və qorunub saxlanılmalı olduğunu diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasəti nəticəsində humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın Suriyadakı humanitar problemi yaxından anladığını və qaçqınların vəziyyətini yüngülləşdirmək üçün beynəlxalq təsisatlar vasitəsilə yardımlar etməyə çalışdığını bildirib. O, dünyada terror, silahlı münaqişə, savadsızlıq, sosial problemlər kimi ümumi bəlaların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən danışan Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu və V Bakı Beynəlxalq Humanitar Forumunu qeyd edib. O, gələn il ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının İƏT-ə üzv ölkələr arasında dialoq, anlaşma və həmrəyliyin təşviqinə xidmət edəcəyinə əminliyini bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi və danışıqlar prosesi barədə danışan Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasəti, qeyri-konstruktiv mövqeyi, aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar barədə söz açıb. Münaqişənin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini xatırladan Elmar Məmmədyarov bu qətnamələrin hələ də icra edilməməsini, işğal nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşdüyünü bildirib.

Tarix
2016.10.31 / 19:08
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla