Yuxarı

TRT 1-in yayımının bərpasının şərti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TRT 1-in yayımının bərpasının şərti

Türkiyənin TRT 1 telekanalının Bakı və Abşeron yarımadasında açıq yayımda bərpası üçün müqavilə bağlanmalıdır. Müqavilə bağlanacaqsa, telekanalın yayımı bərpa olunacaq, müqavilə bağlanmayacaqsa, bərpa edilməyəcək.

Bunu APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (İB) texniki direktoru Mikayıl Abbasov deyib.

O bildirib ki, Türkiyə tərəfi müqavilə bağlamasa, TRT 1-in yayımı bərpa edilə bilməz: "Məsələ ilə bağlı qarşı tərəfi məlumatlandırmışıq. Ankaradan cavab gözləyirlər. Ankaradan cavab alan kimi məsələyə münasibət bildirəcəklər. TRT 1-in açıq yayımda bərpasının konkret hansı tarixdə baş tutacağı ilə bağlı dəqiq söz deməkdə çətinlik çəkirəm. Bu, danışıqlardan, ən əsası qarşı tərəfdən asılıdır".

M. Abbasov qeyd edib ki, Azərbaycanın yerli kanallarının da yayımı müqavilə əsasında həyata keçirilir: "Əgər ortada hüquqi sənəd, müqavilə yoxdursa, biz TRT 1-in yayımını necə bərpa edə bilərik? Bu, mümkün deyil. Tamaşaçılar TRT 1-i yalnız peyk və kabel şəbəkəsi yayımçıları vasitəsilə izləyə bilərlər".

Qeyd edək ki, TRT 1 telekanalının rəqəmli yayım üzrə müqaviləsi olmadığına görə dünəndən Bakı və Abşeron yarımadasında yayımı dayandırılıb.

Xatırladaq ki, TRT 1 Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləsinə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb, Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən isə bütün ölkə üzrə analoq TV yayımı dayandırılacaq.

Tarix
2016.11.02 / 19:09
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla