Yuxarı

Azərbaycan mafiyası Moskvanı silkələyir - Rosbalt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:25:00

Hüquq-mühafizə orqanı Azərbaycandan olan cinayətkar qrupların Moskvada daha öncə görünməmiş fəallığından narahatdır. Bu mafiya klanları iki birləşmə nəticəsində formalaşıb: Qanuni oğru Nadir Səlifov (Lotu Quli) və Vaqif Süleymanov (Vaqif).

Axar.az xəbər verir ki, bu, "Rosbalt"ın bu gün bu mövzuda yaydığı ikinci daha geniş məqaləsində əksini tapıb. Sayt iddia edib ki, sözügedən klanların üzvlərinin cəmiyyətdəki fəaliyyəti getdikcə aktivləşir, qarşıdurma və mübahisələrlə müşahidə olunur. Yaxın gələcəkdə bu mübahisələrin silahlı insidentə keçməsi də gözlənilir.

Hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatında vurğulanır ki, yaxın keçmişə qədər Rusiyada 4 Azərbaycan klanı var idi ki, onların da gücü təxminən bərabər idi: Birinci Zaur Əliyev (Zayka) və onun qardaşları gəlir. Əliyev "kriminal generala" - Rəşad İsmayılova (Rəşad Gəncinski) yaxın idi. İkinci yerdə Rövşən Canıyev (Lənkəranski) dururdu. Üçüncü yerdə Nadir Səlifov, dördüncü yerdə isə Vaqif Süleymanov qərarlaşmışdı.

İlk üç klan yaraqlılarının sayı çox olduğuna görə onlar arasındakı çəkişmələr mütləq atışma ilə müşayiət olunurdu. Bu kriminal qruplar arasındakı mübahisələrdə ölən insanların sayı onlarladır. Vaqifin öz "ordusu" yox idi, amma başqalarını da öz qrupuna daxil etmirdi. Əvvəllər o, Ded Xasana yaxın idi, onun ölümündən sonra avtoritet qanuni oğru Şarko Molodoyla yaxın münasibətlər qurmağa başladı.

2014-cü ildə qeyri-adi seçim prosesi başladı. Moskva Cinayət-Axtarış İdarəsinin əməkdaşları əvvəlcə Əliyevi (Zayka) və qardaşı Azəri həbs etdi. Təcridxanada olan Lotu Qulinin adamları həbsdə Zaykanı vəhşicəsinə döydü. Bu hadisə mafiya dairələrində yeni bir mərhələnin başlamasına səbəb oldu.

Zayka və Azər olmayanda klana onların qardaşı Əli başçılıq edirdi. Lakin bu vaxt klan öz gücünü çox itirmişdi.

Rövşən Canıyevin klanı son illər fasiləsiz münaqişə vəziyyətində idi - əvvəlcə Lotu Quli ilə, sonra isə Vaqiflə.

Vaqif Şakro Molodoyun dəstəyini əldə edərək meyvə, tərəvəz və göyərti satıcılarını öz təsiri altına saldı. Sözügedən ticarətçilər vaxtılə Rövşən Lənkəranskinin nəzarəti ilə fəaliyyət göstərirdi.

Canıyev ən yaxşı bacardığı üsulla müdafiə olunmağa çalışdı: onun nəzarətində olan bu sahənin avtoritet Vaqifin nəzarətinə keçməsində xüsusi rolu olan "göyərti kralı" Canpolad Şamiloğlunu öldütdürdü.

2016-cı ilin iyulunda Şakro Molodoy Federal Təhlükəsizlik Xidməti tərəfindən həbs olundu. Bundan sonra Vaqifin gücü zəifləməyə başladı.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu ərəfədə Rövşən Lənkəranskiyə qarşı Lotu Quli, Vaqif Süleymanov və Rəşad İsmayılov birləşdi.

Səlifov hal-hazırda güclü "orduya" malikdir. Öz növbəsində Vaqif və Rəşad Gəncinski də əslən Azərbaycandan olan iri biznesmenlərlə, ticarət mərkəzi və topdansatış bazarları rəhbərləri ilə əlaqələrə sahibdir.

Klanlararası bu birliyin nəticəsində Lənkəranski İstanbulda güllələndi. Kriminal aləmdə onun səbəbi kimi Canpolad Şamiloğlunun ölümü göstərildi.

Onun ölümündən sonra Moskva ərazisində olan ticarət obyektləri Lotu Quli və Vaqifin himayəsi altına keçdi. Hazırda yeni yaradılan bu klan əldə etdikləri ilə kifayətlənməyib, yeni-yeni biznes qruplarını öz təsiri altına salmaq istiqamətində konkret addımlar atır.

Artıq bu cütlük Moskva və Moskvaətrafı ərazidə oğru aləminin lideri iddiasını ortaya qoyub. Bu proses çoxsaylı şəxslərin döyülməsi və oğurlanması ilə müşahidə olunur. Klana daxil olan şəxslərin böyük əksəriyyəti isə azərbaycanlılardır.

"Rosbalt" iddia edir ki, zərərçəkmişlər hüquq-mühafizə orqanlarına müraciət etmir. Buna səbəb isə həyatlarını təhlükəyə atmaq istəməmələridir və hüquq-mühafizə orqanlarının zarafatla dediyinə görə, "azərbaycanlı" və "zərərçəkmiş" sözləri bir-birinə uyğun gəlməyən məfhumlardır.

Son zamanlar müşahidə olunan bu aktivlik digər cinayət qruplarının narazılığına səbəb olub. Hüquq-mühafizə orqanları yaxın gələcəkdə qurban və yaralılarla müşahidə olunacaq atışmaların olacağını proqnozlaşdırır.

Tarix
2016.11.03 / 15:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla