Yuxarı

Hadi Rəcəbli: “Axı məni PA-ya çağırmayıblar…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hadi Rəcəbli: “Axı məni PA-ya çağırmayıblar…”

Elektron mətbuatın günahıdır, biri verir, digərləri də götürüb yayır…

Axar.az xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Musavat.com saytına müsahibəsində deyib.

Deputat sözlərinin təhrif olunduğunu bildirib:

"Axı məni Prezident Administrasiyasına çağırmayıblar. Belə şeyə görə niyə çağırmalıdırlar, nə günah sahibiyəm? Bunlar hamısı təhriflərdir. Elektron mətbuatın günahıdır. Biri verir, digərləri də götürüb yayır. Hər iki halda mənim fikirlərim təhrif olunub və belə mübahisələr yaranıb. Mən bir daha demək istəyirəm ki, cəmiyyətin ən həssas qrup insanları ilə işləyirəm. Jurnalist həmkarlarımdan xahiş edirəm ki, bu həssas insanları qıcıqlandırmasınlar, mənim sözlərimi təhrif etməsinlər. Hadı müəllimin bir kəlməsini oynadırlar. Qıcıq yaratmaq istəyirlər, lap açığını deyək, hakimiyyətə qarşı rəy aşılamaq üçün. Hadı müəllim özü də həssas qrupdan çıxıb, fəhləlikdən gəlib, müəllim ailəsində böyüyüb. Mənim davranışımda tərbiyəsizlik, hörmətsizlik, yekəxanalıq olmayıb".

Xatırladaq ki, millət vəkili Report.az-a müsahibəsində Qarabağ əlillərinə güzəşt edilməsi üçün səslənən fikirləri populizm adlandırmışdı.

Tarix
2016.11.07 / 11:47
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla