Yuxarı

Avetyan: “Bakıda qaçqınlar məni qucaqladı…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada düşmənçilik, ya da təhlükə hiss etmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Bakıya səfər edən erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Azadlıq Radiosu-na müsahibəsində deyib.

Erməni yazıçı Bakıya minnətdarlıqla və barışa ümidilə gəldiyini deyib:

"Barış gözləyirəm. Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq.

Mən özümü Qafqazda qafqazlı kimi hiss edirəm, yəni çox gözəl. Düşmənçilik, ya da təhlükə hiss etmirəm. Bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Gözyaşı da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə darıxmasını da... Və onlar ayrılarkən məni qucaqladılar".

Qeyd edək ki, Vahe Avetyan bir müddət öncə Xocalıda baş verənlərə görə Azərbaycan xalqından üzr istəyib. O, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə vətəni Ermənistanda təqib olunub. Bu səbəbdən hazırda İsveçdə mühacirətdə yaşayır.

O, oktyabrın 8-də qəfildən Azərbaycana gəlsə də, hava limanından geri qaytarılmışdı.

Avetyan Bakıya Milli QHT Forumunun prezidenti Rauf Zeyninin dəvəti ilə gəlib. Bu konfransda Dağlıq Qarabağ münaqişəsinin həllindəki başlıca əngəllər müzakirə olunub.

Tarix
2016.11.08 / 15:59
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla