Yuxarı

Abel Məhərrəmov: "Tələbələrin pulundan oğurlayırıq" - VİDEO

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abel Məhərrəmov: "Tələbələrin pulundan oğurlayırıq" - VİDEO

Milli Məclisdə 2014-cü il dövlət büdcəsinin keçirilən müzakirələr zamanı çıxış edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov gərgin, həm də gözlənilməz açıqlamalar verib. Rektor bildirib ki, ölkədəki 1800 elmlər doktorunun böyük bir hissəsi ali təhsil müəssisələrində işləməsinə baxmayaraq, onlara vəsait ayrılmır:

"Əfsuslar olsun ki, 1200 alimə bir manat da vəsait ayrılmır. Bəs deyərsiz necə edirsiz? Şapalaqla üz qızardırıq. Öz hesabına oxuyan tələbə 1300 manat pul verir, ondan oğurlayıb, alimə cihaz alıram. O məni məhkəməyə verə bilər".

Maliyyə naziri Samir Şərifov alimin elmi fəaliyyətini təmin etmək üçün başqa mexanizm təklif edildiyini söyləyib: "Bu da elmin inkişafı fondudur. Buyurun, iştirak edin müsabiqədə, vəsaiti əldə edin".

Universitetlərə bundan sonra maliyyə muxtariyyəti veriləcəyini deyən nazir artıq ali məktəblərin öz gəlirlərini və xərclərini planlaşdırmasının vaxtı çatdığını bildirib. Universitet rəhbərlərinə isə maliyyə vəsaitlərini idarə etmək üçün yeni ştat-maliyyə meneceri vəzifəsi yaratmağı tövsiyyə edib.

Gələn ilin dövlət büdcəsinə təhsilə 1,6 milyard, elmə 146 milyon manat ayrılması nəzərdə tutulur. Hər iki göstərici bu cari illə müqayisədə artıb.

ANS-in lentə aldığı həmin kadrları təqdim edirik.

Tarix
2013.11.07 / 01:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla