Axar.az
Yuxarı

Oğlu adam öldürən məmur vəzifəsindən azad edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mübariz Mədətov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edilib.

"Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb.

Mənbə bildirib ki, Azərbaycan prezidenti M. Mədətovu məmur adına yaraşmayan hərəkətlərə yol verdiyinə, məmur etikasına əməl etmədiyinə, övladı ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə vəzifəsindən azad edib.

Qeyd edək ki, Mübariz Mədətov Xəzər Dəniz Neft Donanmasının rəisi olub, Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılmasından sonra QSC-nin sədr müavini təyin edilib.

Xatırladaq ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mübariz Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi "Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub.

Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü, xalq artisti Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Yol nəqliyyat hadisəsinin "Mercedes-Benz G-55" markalı avtomobilin sürücüsü Xalid Mədətov tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Sürücü X. Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

Tarix
2014.03.17 / 16:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakını Moskva-Pekinlə üz-üzə qoymağa çalışıb?

Tağı Əhmədovu vəzifədən edən, professoru əngələ salan iş...

Ölkədə koronaya yoluxma sayı açıqlandı

Qarabağda da yoluxma artır: 66 erməni ağır vəziyyətdədir

Görüş öncəsi mesajlar: Ruslar çıxır, silahlılar tərk-silah edilir

Şuşa döyüşləri ilə bağlı sensassion detallar - Video

Qarabağda yeni iş yerləri: maaş niyə azdır?

Vətən müharibəsi xronikası: 23 oktyabr

Sərhədlər 1920-ci il xəritəsi ilə tanınır? – İki bəndlik saziş

Qarabağdakı türk hərbçilər ilk dəfə görüntüləndi - Video

KULT
<>
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla