Yuxarı

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Gürcüstanda tütün məhsullarının vergiyə cəlb olunması qaydalarında edilən dəyişiklik gözlənilənin tam əksinə nəticə verib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, 2026-cı ilin yanvarından Gürcüstan hakimiyyəti yerli istehsal olunan tütün məhsullarına aksiz vergisini azaldıb, idxal olunan məhsullara isə artırıb.

Tütünə Nəzarət Alyansının məlumatına görə, nəticədə bazara daha ucuz yerli siqaretlər çıxıb. İdxal siqaretləri bahalaşdıqdan sonra istehlakçılar siqaretdən imtina etmək əvəzinə, yerli və daha ucuz məhsullara keçiblər.

Nəticədə ölkədə siqaret satışı 5 faiz artıb, inflyasiya nəzərə alınmaqla tütün məhsullarından büdcəyə daxil olan real gəlirlər isə 1,3 faiz azalıb.

Yerli siqaretlərin satışında daha ciddi artım qeydə alınıb. Onların satışı 26 faiz yüksəlib, lakin bu məhsullardan büdcəyə daxil olan vəsait 8 faiz azalıb.

Tütünə Nəzarət Alyansı bildirir ki, islahatın məqsədi siqaretlərin qiymətini yüksəltməklə həm büdcə gəlirlərini artırmaq, həm də tütün istehlakını azaltmaq idi. Ancaq təşkilatın qiymətləndirməsinə görə, nəticə tam əksinə olub: büdcə gəlir itirib, siqaret istehlakı isə artıb.

Təşkilat yerli tütün istehsalçılarına verilən vergi güzəştlərinin ləğvini və sabit aksiz dərəcəsinin artırılmasını tələb edir. Məqsəd bazarda həddindən artıq ucuz siqaretlərin qalmasının qarşısını almaqdır.

Tarix
2026.10.05 / 01:59
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla