Yuxarı

Bu gün Ramiz Mehdiyevin məhkəməsi olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Ramiz Mehdiyevin məhkəməsi olacaq

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev və onun köməkçisi olmuş Eldar Əmirovun bu gün məhkəmə istintaqı başlayır.

Axar.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Murad Aslanovun sədrlik etdiyi kollegiyada baxılacaq.

Hakimlər heyətinin tərkibində Firdovsi Əliyev və Namiq Kərimov təmsil olunur.

Bu gün keçirilən iclasda dövlət ittihamçısının ittiham aktını açıqlayacağı, təqsirləndirilən şəxslərin ifadəsinin başlanacağı gözlənilir.

Ramiz Mehdiyev və onun köməkçisinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 21-də keçirilib.

Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılıb.

Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Bu cinayət işi çərçivəsində daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində də cinayət işi başlanılıb.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimli və Məmməd İbrahimlinin cinayət işi ayrıca icraata götürülüb.

Tarix
2026.10.05 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla