Amerika Birləşmiş Ştatları və Rusiyanın hərbi
potensiları barədə dünya mediasında zaman-zaman müqayisəılər
aparılır. Baş vermə ehtimalı az olsa da, teoretik olaraq iki
supergüc arasında müharibə olacağı təqdirdə hansı tərəfin üstünlük
qazanacağı hamıda maraq doğurur.
Fərqli geostrateji maraqlara və prinsiplərə malik Amerika və
Rusiyanın Suriya böhranına, yaxud Ukraynadakı siyasi böhrana
yanaşma fərqləri bu müqayisənin aparılmasını bir daha labüd
edir.
"Axar.az" açıq mənbələrədəki informasiyalara istinadən edərək,
iki ölkənin hərbi gücünü təqdim edir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, ABŞ ordusu daha müasir
texnoloji yeniliklərdən istifadə edir. Bundan başqa, ayrı-ayrı
qoşun növləri arasındakı əlaqə, sıravi əsgərin peşəkarlığı
baxımından "Sem dayı"nın ordusu çox üstündür.
Pentaqonun 2014-cü il üçün təsdiq olunmuş hərbi büdcəsi 526,8
milyard dollardır. Halbuki şimal qonşumuzun hərbiyə ayırdığı ümumi
vəsait 71,2 milyard dollardır. SSRİ-nin çöküşü və Soyuq müharibənin
başa çatması ilə dərin siyasi-iqtisadi böhrana daxil olan Rusiya
son 20 ildə Amerikadan hərbi sahədə xeyli geri qalıb. Qabaqcıl
texnologiyalardan məhrum olan Rusiya hərb sənayesi dünyanın əksər
ölkələrindəki ənənəvi silah bazalarını itirib, ordusunu ixtisara
salmağa məcbur olub. Buna baxmayaraq, "Şimal ayı"sına hərbi
supergüc kimi baxmağı vadar edən bir amil var. Bu da ölkənin nüvə
cəbbəxanasıdır.
"Silahlar üzərində nəzarət, təftiş və müqavilələrin icrasının
monitorinqi" (Bureau of Arms Control, Verification and Compliance)
təşkilatının 2013-cü ilin yekun məlumatına görə, ABŞ orsunun
arsenalında 1688, Rusiya ordusunda isə 1400 nüvə başlıqlı
qitələrarası ballistik raketin mövcud olduğu bildirilir. Qeyri-nüvə
başlıqlı ballistik raketlərin sayında da Amerika üstünlüyə
malikdir. Ölkənin hazır vəziyyətdə olan 809, Rusiyanın isə 473 belə
raketi var.
Bu ümumi mənzərədən aydın olur ki, Rusiya əsas aspektlərdə
Amerikaya məğlub olur. Daha detallı şəkildə müqayisə aparsaq, buna
tam əmin olmaq olar:
Şəxsi heyət
Rusiya ordusunun şəxsi heyətinin sayı 1 milyon nəfərdən
ibarətdir. Onlardan 300 mini səfərbərlik əsasında çağırılan
müddətli hərbi quluqçular, 70 mini qərargah işçisi və nazirlik
aparatının əməkdaşlarıdır.
Amerika ordusunun isə 1,4 milyonluq şəxsi heyəti bütövlükdə
peşəkar hərbiçilərdən ibarətdir.
Rusiya Federasiyasının səfərbər edilə biləcək ehtiyatı 31 milyon
nəfər (17-49 yaşlı kişilər) qiymətləndirilir. ABŞ isə ağır
günlərində 56 milyonluq ehtiyat gücə sahibdir.
Zirehli texnika
Amerika ordusunda 1.963 "Abrams" markalı tank mövcuddur. Bundan
başqa, 2.400 M1A1 və 2.385 M1 tankı da istənilən an ordunun
köməyinə gələ bilər.
Rusiya ordusunda isə ən müasir T-90 tankının 500 nümunəsi var.
Əlavə olaraq, 4.500 T-80 və 12.500 T-72 tankı da döyüşə yararlı
vəziyyətdədir. Müqayisədən görünür ki, Rusiya tank sayında ABŞ-ı
bir neçə dəfə üstələyir. Amma nəzərə almaq lazımdır ki, texniki
göstəricilərinə görə, "Abrams" tankları T-90-ları qat-qat
üstələyir.
Amerika ordusunda 6.500 "Bredli" markalı Piyadaların Zirehli
Döyüş Maşını (PDM) istifadə olunur.
Rusiyanın müxtəlif modifikasiyalı 13.200 belə hərbi maşını
mövcuddur.
Artilleriya və aviasiya
ABŞ 2.000 reaktiv artileriya qurğusuna malikdir. Rusiya üçün bu
rəqəm 6.800 təşkil edir.
Dünyada ən çox hərbi aviasiyaya malik Amerika ordusunda 144
strateji bombardumançı (66 ədəd B-1, 20 ədəd B-2, 58 ədəd B-52) və
1.629 qırıcı (471 ədəd F-15, 968 ədəd F-16, 179 ədəd F-22, 11 ədəd
F-35) var. Xüsusən vurğulamaq lazımdır ki, Amerika dünyada yeganə
ölkədir ki, 5-ci nəsil qırıcı təyyarəyə - FF-22 Raptor ("Bumeranq"
adıyla məşhur olan - B-2 Stealth Bomber Red Flag 09-2)
sahibdir.
Rusiya Müdafiə Nazirliyi ölkənin aviasiya potensialı barədə
infirmasiyaların bir hissəsini məxfiləşdirdiyinə görə bu sahədə tam
dəqiq məlumat yoxdur.
Əldə olan məlumatlar: rusların 80 strateji bombardmançısı (16
ədəd Tu-160, 64 ədəd Tu- 95MS), 150 uzaq bombardmançı və 953 qırıcı
təyyarəsi mövcuddur.
Hava Hücumundan Müdafiə Sistemlərinin müqayisəsi zamanı
tərəflərin təxminən bərabər gücə malik olduqları aydın our. Belə
ki, Rusiya hərbi sənayesi Hava Hücumundan Müdafiə Sistemlərinin
təkminləşdirilməsində böyük uğurlar qazanıb. S-400 Hava Hücumundan
Müdafiə Sistemi bütün döyüş xarakteristikalarına görə dünyada
analoqu olmayan sistem sayılır. Hətta ABŞ sənayesinin fəxri olan
"Patriot" sistemləri də S-400 qarşısında acizdir. Məhz buna görə
hərbi ekspertlərin fikrincə, mümkün Amerika-Rusiya müharibəsi
zamanı Rusiya səmasında Amerika döyüş təyyarələrinin uğur qazana
bilmə ehtimalı sıfra bərabərdir. Amma eynisi Rusiya aviasiyasının
Amerika səmasındakı "fəaliyyətinə" də şamil edilə bilər.
Dəniz donanması
ABŞ və Rusiyanın Hərbi Dəniz qüvvələrinin müqayisə etsək aydın
olar ki, Amerikadan fərqli olaraq, Rusiyanın heç bir zaman aviasiya
daşıyıcı hazırlamaq ənənəsi olmayıb. Məhz bu səbəbdən Rusiya
2008-ci ildə Fransadan 2 "Mistral" tipli aviadaşıyıcı almaq barədə
razılaşma imzalayıb. Halbuki ABŞ Hərbi Dəniz Donanması 2013-cü ilin
məlumatlarına görə, öz sıralarında "Nimits" tipli 10 aviadaşıyıcı
birləşdirir. Hələ 2014-cü ildə yeni nəsil CVN-78 tipli
aviadaşıyıcının ilk nümunəsinin istifadəyə verilməsi də nəzərəd
tutulur. Yeni aviadaşıyıcı göyərtəsində pilotsuz uçuş aparatları da
daxil olmaqla, eyni vaxtda 100-ə qədər təyyarə yerləşdirə
bilər.
Ümumilikdə, Rusiya Hərbi Dəniz Qüvvələri 142 minlik şəxsi heyətə
malikdir. Müqayisə üçün ABŞ-ın yalnız dünya sularında olan Hərbi
Dəniz Qüvvələri 300 mindən artıqdır. Dünyanın ən böyük aviadaşıyıcı
gəmisi – Corc Buş – ABŞ-a məxsusdur.
246 hərbi gəmisi olan Rusiya ABŞ-ın 255 gəmidən ibarət hərbi
donanması ilə üzləşməli olacaq. Ballistik raketlə təchiz olunmuş 16
rus atom sualtı qayığına qarşı ABŞ yalnız 14 belə sualtı qayıqla
cavab verə bilər. Bundan əlavə, 21 uzaqmənzili qanadlı raketlə
təchiz olunmuş rus sualtı gəmilərinə qarşı ABŞ-ın arsenalında
yalnız 9 analoq var. Amma, ümumilikdə, atom sualtı qayıqlarının
sayına görə, ABŞ üstündür. Rusiyada 12 atom sualtı qayığı olmasına
qarşılıq ABŞ-da bu say 54-ə bərabərdir.
Digər tərəfdən, ABŞ-da qitələrarası ballistik raketləri üç
hədəfə parçalanmaq gücündədir. Bu hesabla ABŞ-ın nüvə potensialını
mövcud göstəricilərdən 3 dəfə artıq götürmək lazım gəlir.