Axar.az
Yuxarı

Axar.Az Logo

Azərbaycanın dostu öldü: o, kim idi? - Qafqaz savaşları

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiyada Azərbaycanın ən yaxın dostlarından biri Heydər Camal dünyasını dəyişib. Əslən azərbaycanlı olan Camal Qarabağ konfliktinin həllində Azərbaycanın mövqeyini Kremlin istənilən təzyiqinə rəğmən, müdafiə edirdi. Aprel savaşı zamanı Rusiya KİV-lərində Azərbaycana müharibə elan edilən zaman Camal ona qarşı dayanan əsas şəxslərdən biri olmuşdu. Heydər Camal təkcə Azərbaycanın yox, həm də keçmiş SSRİ-də yaşayan bütün müsəlmanların yaxını sayılırdı.

Qafqaz savaşları

Çeçen müharibələri zamanı Heydər Camal Moskvaya qarşı sərt çıxışları ilə seçilirdi. Çeçenlərin bir çox addımlarına haqq qazandıran politoloq Kremli yaranan situasiyanın dərinləşdirilməsində ittiham edirdi. Maraqlı məqam odur ki, Camalın Qafqaz mücahidləri arasında da böyük nüfuzu vardı. 1999-cu ildə çıxışlarının birində məhz Camal Qafqazda yaranan situasiyaya görə Rusiyanın cavabdeh olduğunu bildirirdi:

“Qafqazda müharibə ilk növbədə Kremlə, eləcə də Maxaçqaladakı hakim qruplaşma olan Darqin klanına sərfəlidir. Dağıstanda hərbi fəaliyyətlər Rusiyanın əsas düşmənlərindən diqqəti yayındırmaq üçün başladılıb. Qafqazlılar yerinə Rusiyanın əsas düşmənləri antixalq ruhlu Yeltsin rejimi və sionist oliqarxlar olmalıdır. Rusiya ABŞ, İsrail və onun təəssübkeşlərinin kölgəsindən qurtulmalıdır”.

2005-ci ildə Rusiyanın keçirdiyi əməliyyat nəticəsində çeçen lider Aslan Məshədovun öldürülməsini Heydər Camal xəyanət kimi dəyərləndirib. Camala görə, Məshədov əsl şəhiddir və o, Rusiya ilə sülh prosesinin aparılmasında ən önəmli şəxs idi. Lakin Camal heç də həmişə qafqazlı mücahidlərin yanında dayanmırdı. Məsələn, “Qafqaz İmarəti” terror təşkilatının lideri Doku Umarovu Heydər Camal idarəolunan şəxs adlandırırdı. Onun fikrincə, Umarovun qadın və uşaqları öldürməsi haqqında əmri islama xəyanətdir.

Qarabağ savaşı

Qarabağdan olan Heydər Camal bütün çıxışlarında Qarabağı Azərbaycan torpağı adlandırırdı. Onun fikrincə, Moskva Qafqazda gedən geosiyasi oyunda yanlış mövqe seçmişdi. Məsələn, çıxışlarının birində o, belə bir fikir söyləyir:

“Əgər Moskva olmasaydı, Dağlı Qarabağ konflikti çoxdan həll edilmişdi. Rusiya antiqarant rolunda çıxış edir və nəticədə Azərbaycan, Ermənistan, Gürcüstan ətrafında konfliktlər alovlanır. Ermənistan bir milyon nəfərə qədər enmiş əhalisi, siyasi böhran və ölüm ərəfəsində olan iqtisadiyyatı ilə mövcud ola bilməz. Əgər Rusiya olmasaydı, Ermənistan dövlət kimi mövcudluğunu itirərdi. Moskvada çox yaxşı anlayırlar ki, erməni yarası Azərbaycana təzyiq üçün çox effektiv vasitədir. Gürcüstana belə yara kimi Cənubi Osetiya və Abxaziya yaradılıb”.

Sonrakı müsahibələrində Ermənistanın dövlət kimi yox olmasını istəyən Heydər Camal Moskvanın və Qərbin heç vaxt Qarabağın həllində maraqlı olmayacağını da bildirirdi. 2014-cü ildə Qarabağda avqust qarşıdurması zamanı Heydər Camal bu prosesin Ukrayna hadisələri ilə başladığını və Moskvanın böyük yanlışı olduğunu söyləyirdi. Camalın fikrincə, əgər Qarabağda müharibə başlarsa, o, daha sonra Mərkəzi Asiyaya da keçəcəkdi:

"Bu vaxta qədər tərəflərin qarşılıqlı söz ittihamlarının şahidi olurduq. Son hadisələrdə isə, artıq işə "Kalaşnikov" avtomatları deyil, ağır silahlar düşüb. Əgər Qarabağda sərhəd pozuntuları müharibə müstəvisinə adlayarsa, bu, zəncirvari şəkildə Orta Asiyaya da keçəcək. Hər bu cür məqam kiçik təkana bağlıdır. Bilirsiniz ki, NATO qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlanılıb. Şimali Atlantik Alyansının da hərbi karvanı Azərbaycan ərazisindən daşınacaq. Bu isə o deməkdir ki, NATO mütləq Postsovet məkanındakı münaqişələrdən birinə cəlb olunacaq".

Aprel hadisələri zamanı isə Heydər Camal rus KİV-lərinin Azərbaycana qarşı başlatdığı informasiya müharibəsinin əsas əleyhdarı sayılırdı. Bakı və Ankaranın yanlış mövqedə olmadığını müdafiə edən Camal Rusiya hakimiyyətinə də sərt ittihamlar söyləməkdən çəkinmirdi.

Camalın Qarabağla bağlı son müsahibəsi isə daha çox maraqlı məqamlarla doludur. Məşhur politoloq Qarabağ konfliktinin başlanmasına ABŞ-ın mane olacağını və Moskva ilə Vaşinqtonun Qarabağ ətrafında fikirlərinin kəsişdiyini dəstəkləyirdi:

"Rusiya bu gün Qarabağ konfliktinə müdaxilə edəcək və onu Vaşinqtonun dəstəklədiyi istiqamətdə aparmaq gücündə deyil. Vaşinqton yalnız Bakının bu müharibədə məğlubiyyətini dəstəkləyə bilər. Bunun sayəsində Bakı kompromisə getməli və öz suverenliyi ilə tarixi haqlarını qurban verməlidir. ABŞ-ın aydın antiazərbaycan xarakteri daşıyan maraqları Azərbaycan rəhbərliyi və xalqın siyasi iradəsi üçün imperativ olmamalıdır. Rusiyanın Azərbaycan-Ermənistan qarşıdurmasına müdaxilə potensialı zəiflədiyi zaman bu müharibəni başlamaq lazımdır. Azərbaycanın bundan yararlanıb-yararlanmayacağı artıq başqa məsələdir. Azərbaycanın iqtisadi vəziyyəti, digər neft ixrac edən ölkələr kimi, problemli situasiyaya daxil olur. Bu, Azərbaycan hakimiyyətində həddən artıq ehtiyatlılıq yarada bilər. Belə yanaşma səhv olardı. Son toqquşma göstərdi ki, Azərbaycan ordusu Qarabağın taleyini ildırımsürətli zərbə ilə həll edə bilər. Ermənistan isə məğlubiyyətdən yalnız üçüncü qüvvələrin prosesə müdaxiləsi ilə xilas ola bilər".

Qeyd edək ki, Heydər Camal 1947-ci ildə Moskvada anadan olub. 1965-ci ildə o Moskva Dövlət Universitetinin tərkibində yer alan Şərq Dilləri İnstitutuna daxil olsa da, sonradan buradan qovulub.

Camal 1979-ci ildə Tacikistandakı islamçı dairələrlə əlaqələr qurur. Daha sonra məşhur politoloq rusiyalı Aleksandr Duqinlə tanış olur. 1988-ci ildə hər iki şəxs “Yaddaş” ultrasağçı antisemit təşkilata üzv olurlar və bir il sonra buradan qovulurlar. 1989-cu ildən etibarən Heydər Camal SSRİ-də islamın siyasi fəaliyyətində iştirak edir. 1990-cı ildə o, Həştərxan İslam Partiyasının yaradılmasında iştirak edir və tezliklə bu partiyanın sədr müavini olur. 1993-cü ildə Xartum konfransından iştirakından iki il sonra o, İslam Komitəsinin regionlararası ictimai hərəkatını yaradır. 1999-cu ildə o, Dumaya deputat seçilməyə çalışsa da, uğur əldə edə bilmir.

Camal həmçinin 2010-cu ildə Rusiya müxalifətinin “Putin getməlidir” müraciətini yazan şəxs olub.

Tarix
2016.12.05 / 13:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kərim Vəliyevi qaralama kampaniyası: məqsəd nədir?

XİN-də dəyişikliyin səbəbi – Politoloq açıqladı

Füzuli-Şuşa tuneli erməniləri heyrətləndirdi

Rus sülhməramlıları Sırxavənddə təlim keçdi

Peskov türkcə danışdı, hamını şoka saldı – Video

Kərim Vəliyevin hərb yolu... - Ekspert yeni təyinatdan danışdı

Ermənistan-Azərbaycan sərhədində yanğın

Bu enerji günəş batareyaları ilə toplana bilər - AMEA

MM spikeri AKP-çilərlə görüşdü - Foto

BDU-ya yeni prorektor təyin edildi

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla