Azərbaycan Güləş Federasiyası Suriyada azərbaycanlı
güləşçinin öldürülməsi barədə yayılan xəbərlərə münasibət
bildirib.
"Axar.az" APA-ya istinadən xəbər verir ki,
Suriyada öldürülən azərbaycanlı güləşçi Ceyhun Əliyev yox, Ceyhun
Bayramovdur.
C.Bayramov əvvəllər yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının
üzvü olub. O, respublikada keçirilən yarışlarda yer qazansa da,
Avropa çempionatlarında ümumiyyətlə iştirak etməyib. C.Bayramov
təxminən bir-iki il əvvəl yığmadan ayrılıb.
Federasiyanın mətbuat xidmətindən C.Bayramovun Azərbaycan
yığmasının üzvü olduğu zaman saqqal saxlamadığını deyiblər.
Qeyd edək ki, Suriyada son günlər öldürülən azərbaycanlılardan
ikisinin Sumqayıt sakini olduğu məlum olub. APA-nın Suriyada
vuruşan azərbaycanlılara məxsus internet səhifələrindən əldə etdiyi
məlumata görə, ölənlərdən biri, Sumqayıt şəhəri, 41-ci məhəllə
sakini Bayramov Ceyhun Süleyman oğludur. Həmin döyüşlərdə onun
bacısının ərinin də həlak olduğu bildirilir.
Azərbaycanlı döyüşçülərin yazdığına görə, Ceyhun Bayramov bacısı
da hazırda Suriyadadır. Qardaşının və ərinin ölüm xəbərini də
bacısı zəng edərək yaxınlarına bildirib. Bacısı onların
meyitlərinin döyüş bölgəsində qaldığını, götürmək mümkün olmadığını
deyib.
Mücahidlər C.Bayramovun fotosunu da yayıblar/