Yuxarı

Bakıda beynəlxalq konfrans keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Fransanın müstəmləkəçilik siyasətinin əsarətində olan Qvadelup adasına həsr olunmuş “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans keçirilir.

Axar.az xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu (BTQ), Qvadelupun Azadlığı Uğrunda Xalq Birliyi (UPLG), Qvadelup Beynəlxalq Təzminatlar Hərəkatı (MIR-Guadeloupe), Qaradərili Xalqların Beynəlxalq Komitəsi (CIPN) və Qvadelup Millətinin Yaranması naminə Güc Hərəkatının (FKNG) birgə təşkilatçılığı ilə baş tutur.

Konfransda Qvadelupun müstəqilliyi uğrunda mübarizə aparan siyasi partiyaların liderləri, hərəkatların rəhbərləri, QHT-lər, elmi dairələrin nümayəndələri və s. iştirak edirlər.

Tədbirdə Qvadelupun Fransanın dənizaşırı departamenti kimi saxlanılması və bu statusun xalqın siyasi gələcəyini sərbəst müəyyən etmək hüququnu məhdudlaşdırması, həmçinin müstəmləkə cinayətləri, tarixi ədalətsizliklər, yerli Kalinago xalqının məhv edilməsi, işçilərin istismarı, bərabərsizlik və asılılığı davam etdirən inzibati və iqtisadi strukturların mövcudluğu kimi məsələlər geniş müzakirə olunacaq/

Konfransda departament statusunun müstəmləkəçiliyi davam etdirməsi və bunun Qvadelupda işsizlik, gənclərin kütləvi köçü, sosial bərabərsizlik, iqtisadi asılılıq, zorakılıq və ətraf mühitin çirklənməsi, habelə zəhərli kimyəvi pestisid xlordekonun dağıdıcı təsirləri də diqqət mərkəzində olacaq.

Tədbirdə Qvadelup xalqının öz müqəddəratını təyin etmək hüququnun beynəlxalq təşkilatların gündəliyinə çıxarılması, BMT-nin dekolonizasiya ilə bağlı hüquqi mexanizmləri, habelə müstəmləkə altında olan xalqlara müstəqillik verilməsi haqqında BMT-nin müvafiq qətnamələrinə və Bəyannaməyə Fransa tərəfindən əməl edilməməsi geniş müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə iyunun 25-i saat 19:00-da Yaşıl Teatrda Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə “Qvadelup və Azərbaycan ritmləri&rəqsləri” adlı konsert də keçiriləcək/

Tarix
2025.06.25 / 09:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranın Bakını ittiham etməsinə güneylilərin - Cavabı

Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar...

İrana zərbə tamamlandı, yeni hücum isə belə olacaq

Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

Ərdoğan Xankəndiyə səfər edəcək

İran 12 günlük savaşdan necə çıxdı və nələr edəcək?

İlham Əliyev Sloveniya prezidentini təbrik etdi

Bu tarix bayram təqvimizdə xüsusi yer tutur

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla