Yuxarı

İmtahan verəcək abituriyentlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 6-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirəcək.

DİM-dən Axar.az-a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

İmtahan iştirakçıları “dim.gov.az” saytı ilə yanaşı, “my.gov.az” portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də DİM-in “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edə bilərlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.

III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyulun 13-də keçiriləcək və həmin imtahan üçün buraxılış vərəqəsi növbəti həftəsonu DİM-in saytına yerləşdiriləcək.

Tarix
2025.06.25 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Səhiyyə naziri məhkəməyə verildi

İsrailə uduzanların “qələbə bayram”ları – Siyahı şok edir!

Onlar diplomatik pasport əldə edə biləcək

Putin Ermənistanda “peşka”larını qurban verir

Tehranın Bakını ittiham etməsinə güneylilərin - Cavabı

Nikol Türkiyədən dönən kimi başladı: Kremlə bağlı olanlar...

İrana zərbə tamamlandı, yeni hücum isə belə olacaq

Həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

Ərdoğan Xankəndiyə səfər edəcək

İran 12 günlük savaşdan necə çıxdı və nələr edəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla