Yuxarı

“8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi baş tutdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı keçirilib.

Açılış mərasimində İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Urso, İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri, Çinin “Dongfang” şirkətinin İdarə Heyətinin sədri Çen Qianq və “AzərEnerji” ASC-nin nümayəndələri iştirak ediblər. Tədbirdə layihənin ölkənin enerji təhlükəsizliyi və iqtisadi inkişafına mühüm töhfəsi vurğulanıb.

"Kapital Bank" bu əhəmiyyətli modernizasiya layihəsinin əsas maliyyə tərəfdaşlarından biri kimi çıxış edib. 2024-cü ilin yanvar ayında "Kapital Bank" və Azərenerji ASC arasında imzalanan maliyyələşmə müqaviləsi çərçivəsində Mingəçevir şəhərində yerləşən elektrik stansiyasının istehsal gücünün artırılması və enerji səmərəliliyinin yüksəldilməsi məqsədilə kredit ayrılıb. Ayrılan vəsait hesabına Çin və İtaliyanın qabaqcıl şirkətlərindən yüksək texnologiyalı buxar generatorları və qaz turbinləri alınıb.

Həyata keçirilən bu modernizasiya təşəbbüsü yalnız enerji səmərəliliyinin artırılması deyil həmçinin ətraf mühitin mühafizəsi, karbon emissiyalarının azaldılması və regionun enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bununla da ölkəmizin Paris Konvensiyası üzrə götürdüyü 2,1 milyondan çox karbon emissiyalarının azaldılması və digər beynəlxalq öhdəliklərə ciddi töhfə veriləcəkdir.

Qeyd edək ki, "Kapital Bank" regionların sosial-iqtisadi inkişafına uzunmüddətli və sistemli şəkildə töhfə verir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən infrastruktur və bərpa layihələrinin maliyyələşdirilməsində fəal iştirak edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Tarix
2025.06.25 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanı Ermənistan üçün açıqdır?

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Rusiya özündən 412 dəfə kiçik ölkəyə uduzur

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla