Yuxarı

Prezidentin general rütbəsi verdiyi Məhərrəmov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, polkovnik İdris Mustafa oğlu Məhərrəmova da “general-mayor” hərbi rütbəsi verilib.

Axar.az xəbər verir ki, İdris Mustafa oğlu Məhərrəmov 10 iyun 1975-ci ildə Qubadlı rayon Çaytumas kəndində anadan olub. 1982-ci ildə Çaytumas kənd tam orta məktəbinə daxil olub, 1992-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. 1995-ci ildə hərbi məktəbi bitirərək leytenant hərbi rütbəsi alıb. 1997-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən "Hərbi xidmətlərə görə" medalı, 2012-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Vətənə xidmətə görə" medalı ilə təltif edilib.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində polkovnik Məhərrəmov İdris işğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri və kəndlərinin işğaldan azad edilməsində böyük şücaət göstərib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə polkovnik Məhərrəmov İdris Mustafa oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Tarix
2025.06.25 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

Berdiməhəmmədov Füzuliyə getdi, Əliyev qarşıladı - Foto

Azərbaycan XİN İraqa başsağlığı verdi

Azərbaycanlı MMA döyüşçüsü Rusiyadan deport edilir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla