Yuxarı

Finlandiya hərəkətə keçdi: Minsk qrupu ləğv edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Finlandiya hərəkətə keçdi: Minsk qrupu ləğv edilir

ATƏT-ə sədrlik edən Finlandiya Azərbaycan və Ermənistanın Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətinə cavab olaraq lazımi tədbirlərə başlayıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Finlandiyanın ATƏT-ə 2025-ci il sədrliyi üçün ölkənin Xarici İşlər Nazirliyində yaradılmış Hədəf Qrupunun rəhbərinin müavini, finlandiyalı diplomat Toni Sandell deyib.

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri kimi Finlandiya avqustun 8-də Vaşinqtonda imzalanmış sazişləri alqışlayır”, - qurumdan bildirilib.

Sandell qeyd edib ki, bu sazişlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında və regionda davamlı sülhün əldə olunmasında mühüm mərhələdir.

O bildirib ki, Finlandiya iki ölkənin birgə müraciətinin cavablandırılması prosesinə başlayıb, əlavə məlumat daha sonra veriləcək.

Daha əvvəl ATƏT-in Parisdəki mənzil-qərargahından “Report”a bildirilmişdi ki, hazırkı sədr təşkilata üzv olan ölkələrlə məsləhətləşmələr aparacaq. Məlum olduğu kimi, Finlandiya həm də Minsk qrupunun üzvüdür.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edib. Avqustun 8-də iki ölkənin xarici işlər nazirləri bu sənədi Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalayıblar. ATƏT-in Minsk qrupunun ləğvi Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanması üçün iki mühüm şərtindən biri olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupu 1992-ci ildə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək üçün yaradılıb. 2020-ci ilin payızında Azərbaycanın qələbəsi ilə başa çatan Vətən Müharibəsindən sonra rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi həll olunub, bu da Minsku qrupuna və onun institutlarına ehtiyac qalmadığı deməkdir.

Qrupa üç həmsədr ölkə - ABŞ, Rusiya və Fransa və Finlandiyanın özündən əlavə Belarus, Almaniya, İtaliya, Türkiyə, İsveç, Azərbaycan və Ermənistan daxildir.

Tarix
2025.08.18 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla