Yuxarı

Zelenski üçün dəhşətli gün: Trampa imtina cavabı versə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski üçün dəhşətli gün: Trampa imtina cavabı versə...

Ukrayna Prezidenti Vladimir Zelenski çox ağır seçim qarşısındadır. ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evdə Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbasın Rusiyaya qurban verməsini istəyəcək. Kreml bunun əvəzinə Ukraynaya daha hücum etməyəcəyi və Qərb ölkələrinin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib. Bu vədin bir qara qəpik dəyəri yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O xatırladıb ki, ortada Kremlin 1994-cü il sazişini cırıb zibil yeşiyinə atdığı faktı var:

“Zelenski Vaşinqtona səfərdən əvvəl açıqlama verərək Ukrayna Konstitusiyasına zidd qərar verməyəcəyini və Donbasdan imtina etməyəcəyini bildirib. Zelenski bu fikrini Trampa deyəcəyi halda o, Ağ Evdən nəticəsiz qayıdacaq. Bu, Ukraynanın resurslarını tükəndirən müharibənin davamı və Trampın Ukraynaya hərbi dəstəyi azaltması demək olacaq. Zelenski Trampın təklifini qəbul etsə, o ərazilərdən imtinasını Ukrayna xalqına izah etməli olacaq. Prezidentə ərazisindən imtinanı xalqına izah etməkdən ağır vəzifə ola bilməz. Bu, faktiki Rusiya qarşısında kapitulyasiyadır.

Trampa nə yolla olursa-olsun müharibəni dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə reytinqini artırmaq və Nobel sülh mükafatı almaq lazımdır. Yeganə maneə Zelenskinin kapitulyasiyaya müqavimət göstərməsidir. Ukrayna prezidenti üçün bu görüş ötəndəfəki görüşdən daha ağır keçəcək. Zelenski dünyanın gözü qarşısında Ağ Evdə ikinci dəfə Trampla mübahisə etmək istəmir. Ona görə də Zelenski Trampın təklifinə “yox” cavabı vermək əvəzinə məsələni uzatmaq taktikasını seçə bilər”.

Tarix
2025.08.18 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla