Yuxarı

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Son illərdə Özbəkistan-Azərbaycan münasibətləri qarşılıqlı etimad və dəstək ruhunda fəal şəkildə inkişaf edir, Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb, Ali Dövlətlərarası Şura fəaliyyət göstərir.

Axar.az xəbər verir ki, bu fikirlər Özbəkistan Prezidenti Şövkət Mirziyayevin “Özbəkistan, Azərbaycan və Avropa – ümumi inkişaf naminə əməkdaşlıq” adlı yüksəksəviyyəli görüşün iştirakçılarına müraciətində əksini tapıb.

“Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji körpü rolunu oynayır”, - deyə o bildirib.

Qeyd olunub ki, Avropa İttifaqı və digər tərəfdaşlarla birlikdə Özbəkistan səmərəli nəqliyyat-logistika və enerji dəhlizlərinin inkişafı istiqamətində məqsədyönlü işləri davam etdirəcək.

“Mən əminəm ki, bu tədbirlər bölgəmizin Qərb ilə Şərq arasında hab rolunu bərpa etməsinə imkan verəcək”, – deyə Prezident əlavə edib.

Ş.Mirziyayev Azərbaycan Prezidenti İlham Əliyevin yeni ümumregional proseslərin inkişafında iştirak etmək və Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmləndirilməsi sahəsindəki səylərini yüksək qiymətləndirib. O, Vaşinqtonda Ermənistanla imzalanmış üçtərəfli Birgə Bəyannamə münasibətilə dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edib.

Bu gün Özbəkistanın dinamik islahatları davam etdirdiyini və bu istiqamətdə artıq böyük nailiyyətlər qazandığını bildirən Prezident qeyd edib:

“İndiki son dərəcə mürəkkəb dövrdə Özbəkistan və Mərkəzi Asiya regionu beynəlxalq ictimaiyyətə əvəzsiz resurs – sabitlik, etimad və inkişaf təklif edir”.

Mirziyayev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin böyük azərbaycanlı mütəfəkkir Nizami Gəncəvinin bənzərsiz yaradıcılıq irsinin qorunmasında və geniş təbliğində mühüm rolunu da xüsusi vurğulayıb.

“Mərkəzin beynəlxalq gündəliyə dair məsələlərin öyrənilməsində fəal iştirakı xüsusi diqqətə layiqdir. Onun himayəsi ilə keçirilən illik Qlobal Bakı Forumu beynəlxalq və regional miqyasda ən aktual problemlərinin həlli üçün yeni ideyaların irəli sürüldüyü nüfuzlu qlobal dialoq platformalarından birinə çevrilib”, - deyən Prezident diqqətə çatdırıb. Deyib ki, bu görüş Mərkəzi Asiyanı dünyaya geniş şəkildə təqdim etmək, konsolidasiya və əməkdaşlıq proseslərinin sürətləndiyi bir vaxtda regionlararası qarşılıqlı əlaqələri möhkəmləndirilmək, eləcə də Özbəkistan və Azərbaycanın potensialından, imkanlarından tam istifadə məsələlərini müzakirə etmək üçün unikal imkandır.

Tarix
2025.08.18 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla