Yuxarı

Fransa azərbaycanlı uşaqları Almaniyaya qaytardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyi ölkə vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın üzləşdikləri vəziyyətlə bağlı məlumat yayıb.

Axar.az məlumatı təqdim edir:

“Azərbaycan Respublikasının vətəndaşları Məhəmməd Quliyev və Gültac Abdullayevanın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlunun və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılmasına razılıq verib.

Həmin uşaqlar avqustun 18-də Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə bu ölkənin hüquqları müstəvisində müvafiq tədbirlər görüləcək.

Hazırda həm Azərbaycanın müvafiq diplomatik nümayəndəliyi, həm də Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcək.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycanın vətəndaşlarına bir daha müraciət edərək, xarici ölkələrdə belə hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər verilməsi xahiş edilir. Səfirliyin məsələ ilə bağlı əvvəlcədən məlumatlı olması vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır”.

Tarix
2025.08.18 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…

Zelenski üçün dəhşətli gün: Trampa imtina cavabı versə...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla