Yuxarı

Hacı İbrahim: “Ziya Məmmədovla aramızı vurmaq istəyirlər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı İbrahim: “Ziya Məmmədovla aramızı vurmaq istəyirlər”

"Xəzər adaları" ("Khazar Island") layihəsini həyata keçirən "Avesta" konserninin prezidenti Hacı İbrahim İbrahimov (Nehrəmli) bir sıra mətbu orqanlarda "Khazar İslands" layihəsinin iflasa uğraması və xarici investorların geri çəkilməsi barədə yayılan məlumatlara münasibət bildirib.


"Axar.az" xəbər verir ki, Hacı İbrahim Nehrəmli "Publika.az"a açıqlamasında deyib: "İndiyədək heç bir xarici investor "Khazar İslands"a pul qoymayıb, hamısı hələ fikirləşir. İndiyədək nə iş görülübsə, öz pulumla olub. Xarici investorlar hələ indi hazırlaşırlar ki, gətirib pul qoysunlar. İndiyədək mənim "Khazar İslands"a 1 milyard 100 milyon manat pul qoymuşam".

Hacı İbrahim türkiyəli tanınmış iş adamı Əli Ağaoğlu ilə hazırkı münasibətlərinə də toxunub: "Əli Ağaoğlu sadəcə olaraq layihəyə baxmağa gəlmişdi, o, bu layihəyə pul qoymayıb. Ağaoğlu bura pul qoymağa gəlməmişdi. O da tanış oldu və sonra da razı qalıb getdi".

Hacı İbrahim Nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri barədə mətbuatda yazılanlara da aydınlıq gətirib: "Ziya Məmmədov mənim dostumdur, mənim ona simpatiyam var. Bizimlə bağlı nə yazılırsa, ara qızışdırmaq üçündür. Ziya Məmmədovla mənim aramı vurmaq istəyirlər".

Tarix
2014.04.02 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla