Yuxarı

“Mən doğma Gürcüstanımda rus çəkməsi istəmirəm”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mən doğma Gürcüstanımda rus çəkməsi istəmirəm”

"Hər şey axır, hər şey dəyişir, rus şovinizmindən başqa".

"Axar.az" xəbər verir ki, bu sözləri tanınmış gürcü müğənnisi və aktyoru Vaxtanq Kikabidze Ukrayna mətbuatına verdiyi müsahibəsində deyib.

Kikabidze müsahibəsində Maydanda və Krımda baş verən hadisələrə də toxunub.

"Maydanda insanlar öldürüləndə mən özümə yer tapa bilmirdim. Sutkanın 24 saatını Kiyevi hiss edirdim. Orada olmaq istəyirdim. Təəssüf ki, yaş öz sözünü deyir. Əgər 20 il cavan olsaydım Maydana gedib azad, varlı Ukrayna xalqı üçün mübarizə aparardım", - deyə aktyor bildirib.

Kikabidze bildirib ki, 2008-ci ildə ruslar Gürcüstana hücum edəndə yüzlərlə ukraynalı onların müdafiəsinə gəlmişdi: "İndi Maydanda azadlıq və müstəqillik uğrunda gürcülər savaşırdı. Hətta onlardan 1 nəfər də həlak oldu. Gürcülər Maydanda ön sıralarda idilər və "Berkut"un qabağından çəkilmədilər".

Ukraynanın təhlükəsizliyi ilə bağlı verilən suala Kikabidze belə cavab verib: "Ukrayna nüvə silahı saxlamağa qadir ölkədir. Kim bilir, Putin Kremldə nə qədər qalacaq. Zalım dünyada allahsızlarla mübarizə aparmaq üçün xoş niyyətli olmaq çətindir. Ümumiyyətlə, mümkün deyil. Əgər bu baş verməsə, onda əvvəlcə rus əsgəri, sonra rus tankı, daha sonra isə rus çəkməsi gələcək. Mən doğma Gürcüstanımda rus çəkməsini istəmirəm. Onları doğma Ukraynada görmək istəmirəm".

Qeyd edək ki, Vaxtanq Kikabidze 2008-ci ildə Rusiyanın Gürcüstana qoşun yeritməsindən sonra Rusiyanın "Dostluq ordeni"ndən imtina etmişdi.

Tarix
2014.04.03 / 17:02
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla