Yuxarı

Rusiya ərazisində öldürülən generallar - Detallar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya ərazisində öldürülən generallar - Detallar

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra Rusiya generalları təkcə cəbhədə deyil, arxa cəbhədə də hədəfə çevrilməyə başlayıblar.

Axar.az xəbər verir ki, bu barədə “Meduza” nəşri məqalə dərc edib.

Nəşrin hesablamalarına görə, azı üç rus generalı Moskva və Moskva vilayətində baş verən partlayışlar nəticəsində öldürülüb, daha bir general isə silahlı hücuma məruz qalsa da, sağ qalıb. Sonuncu ehtimal olunan hədəf isə yalnız may ayında Rusiyanın Hərbi-Kosmik Qüvvələrinin komandanı təyin edilən Aleksandr Çayko olub.

Qeyd olunur ki, 2024-cü ilin dekabrında Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov diversiya nəticəsində öldürülən ilk general olub. O, Moskvada Ryazan prospektində yaşadığı binadan çıxarkən skuterə bərkidilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində ölüb. Onun köməkçisi İlya Polikarpov da partlayış zamanı ölüb.

Nəşrin bildirdiyinə görə, terror aktını törədən şəxs məhkəmədə Ukrayna xüsusi xidmət orqanları tərəfindən ələ alındığını bildirib. O, ömürlük həbs cəzasına məhkum edilib.

Bundan bir neçə ay sonra – 2025-ci ilin aprelində Moskva vilayətinin Balaşixa şəhərində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik öldürülüb. Partlayıcı yaşayış binasının həyətində saxlanılan avtomobilə yerləşdirilmişdi və Moskalik maşına yaxınlaşarkən işə salınıb.

Moskalikin qətlində ittiham olunan İqnat Kuzin istintaq tərəfindən "Ukrayna xüsusi xidmət orqanlarının agenti" adlandırılıb. O da ömürlük həbs cəzası alıb.

Həmin ilin dekabrında Baş Qərargahın Operativ Hazırlıq İdarəsinin rəisi, general-leytenant Fanil Sarvarov avtomobilinin partladılması nəticəsində ölüb. Partlayış dayanacaqda baş verib. General avtomobilə minib bir neçə metr hərəkət etdikdən sonra partlayış baş verib.

Rusiya İstintaq Komitəsi Sarvarovun qətli ilə bağlı dərhal cinayət işi açsa da, bu günə qədər saxlanılan və ya şübhəli şəxslər barədə heç bir məlumat açıqlanmayıb.

2026-cı ilin fevralında isə Moskvada Baş Qərargahın Baş İdarəsinin birinci rəis müavini, general-leytenant Vladimir Alekseyevə silahlı hücum edilib.

Araşdırmaçılar Alekseyevi Ukraynaya qarşı müharibədə iştirak edən Rusiyanın "könüllü" silahlı birləşmələrinin əsas rəhbərlərindən biri kimi təqdim edirdilər.

Tarix
2026.08.04 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla