Yuxarı

Moskvada partlayış: Generallar da restoranda olub?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada partlayış: Generallar da restoranda olub?

Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada yerləşən "Balzi Rossi" restoranında güclü partlayış baş verib. Orada Rusiya ordusunun yüksək rütbəli generalının – ehtimal ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çaykonun olduğu iddia edilir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

ASTRA-nın məlumatına görə, restoran həmin gün özəl banket üçün bağlanmışdı və generalın ad günü qeyd olunurdu.

Şahidlərin sözlərinə görə, restoranın yaxınlığında qara hərbi nömrə nişanlı çoxlu avtomobil park edilmişdi. Bundan əlavə, ərazidə Rusiya Milli Qvardiyasına (Rosqvardiya) məxsus avtobus da olub.

Rusiyalı müxalif jurnalist Oleq Kaşin ehtimal edir ki, restoranda Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çayko da ola bilərdi. Onun ad günü iyulun son günlərində olub.

Müxalif bloger Yan Matveyev isə diqqətə çatdırıb ki, bu gün Hava-Desant Qoşunlarının general-mayoru Vladimir Seliverstovun və Müdafiə Nazirliyinin Nəqliyyat Təminatı Departamentinin rəisi, general-leytenant Aleksandr Yaroşeviçin də ad günüdür.

Tarix
2026.08.02 / 00:06
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla