Yuxarı

Azərbaycanda yeni jurnal işıq üzü görüb – “Parks&Gardens”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda yeni jurnal işıq üzü görüb – “Parks&Gardens”

Azərbaycanın ilk bağçılıq və landşaft dizaynı jurnalı işıq üzü görüb.

"Axar.az"a bu barədə "Parks&Gardens" jurnalının baş redaktoru Leyla Kərimli məlumat verib.

İk dəfə olaraq da bağçılıq və landşaft dizaynı sahəsində jurnal çap olunub.

İlk bağçılıq və landşaft dizaynı jurnalı "Parks&Gardens" bağ həvəskarları, bağçılar, bağ evi və villası olanlar üçün nəzərdə tutulub. Jurnalın əsas mövzusu bağın planlaşdırılması və tərtibatı, landşaft dizaynı, Azərbaycanın və dünyanın parkları haqqında geniş informasiya, şəhər dizaynında yeniliklər və s.-dən ibarətdir. Ölkədə bu sahədə ilk olan jurnal oxucularını landşaft dizaynında müasir texnologiya və yeni tendensiyalarla tanış edir, bağ dizaynı tarixi haqqında məlumat verir. Jurnalda həmçinin, bitkilərin düzgün seçimi və onlara qulluq, bağbanlar üçün mövsümə uyğun praktik məsləhətlər, dərman bitkilərinin istifadə qaydaları, qış bağı, terras və eyvanların dekorativ bəzədilməsi, maraqlı müsabiqələr və s. yer alır.

İki aydan bir çap olunacaq "Parks&Gardens" ilk nömrəsində oxucularına gül toxumları hədiyyə edib.
Qiyməti 3 AZN olan jurnalı supermarket və köşklərdən əldə edə bilərsiniz. Jurnalın rəsmi web-səhifəsi "www.parkgarden.az" saytıdır.

Tarix
2014.04.05 / 02:14
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla