Yuxarı

Rusiyanın Azərbaycana əsas hücumu Tərtərdən olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın Azərbaycana əsas hücumu Tərtərdən olacaq

"Rusiya Azərbaycana birbaşa müdaxilə etməyəcək".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, Azərbaycana qarşı hücumların Tərtər istiqamətində hazırlandığını bildirib:

"Rusiya Azərbaycanı daha çox Ermənistan vasitəsilə hədələyir. Onlar bizi orada olan 102-ci ordusu və digər hərbi bazaları ilə təhdid edir. Rusiyanın Azərbaycana birbaşa müdaxilə etmək fikri yoxdur. O, yalnız erməniləri üstümüzə yönəltməklə müxtəlif hücum planları hazırlayır. Bu barədə informasiya Azərbaycan kəşfiyyat orqanlarına da bəllidir. Tovuzdan olan hücum əsəb müharibəsi idi. Əsas hücumlar Tərtər və Dağlıq Qarabağ istiqamətində hazırlanır. Burada əsas zərbə Tərtərdən vurulacaq. O istiqamətdə də Azərbaycan ciddi tədbirlər görür. İnanmıram ki, rusların köməyi olmadan ermənilər belə bir fikrə düşsünlər. Amma hələ ki, rusların Bakıya ilişmək fikirləri yoxdur. Hələlik başları Ukrayna məsələsinə qarışıqdır. Bunları nəzərə alaraq demək olar ki, ruslar Azərbaycana qarşı qəzəbli olsalar da, indi nəsə etmək fikrində deyillər".

Politoloq Rusiyanın etnik azlıqlardan Azərbaycana qarşı istifadə edəcəyinə inanmadığını deyib:

"Etnik azlıqların Azərbaycan üzərinə qalxması dövlətin zəif vaxtına təsadüf etmişdi. Azərbaycandakı etnik azlıqlar bizimlə birgə eyni dinə qulluq edib, qohumlaşmış etnik azlıqlardır. Ləzgilərin də çoxu elədir. Ona görə də mən güman edirəm ki, etnik azlıq kartından Azərbaycanda istifadə etmək mümkün olmayacaq. Bizim üçün əsas təhlükə Ermənistandan gəlir. Rusiyanın etnik azlıqlarla bağlı olan planını nəzərdən qaçırmayaraq bütün diqqəti Ermənistana yönəltməliyik".

Tarix
2014.04.10 / 16:40
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla