Yuxarı

FSB və QRU Ukraynada hücum planını necə qurur? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FSB və QRU Ukraynada hücum planını necə qurur? - Ekspert

"Ukraynaya hərbi təcavüz etmək üçün Vladimir Putin yaranmış ən uyğun anı əldən verib".

"Axar.az" xəbər verir ki, bu fikirlərlə Ukrayna hadisələrini ardıcıl şərh edən hərbi ekspert Dmitri Timçuk çıxış edib.

Onun sözlərinə görə, Putinin hansı həddə qədər getməsi məlum olmasa da, bir məqam dəqiq aydındır ki, Kremlin Ukrayna ilə bağlı dəqiq planı yoxdur. Putinin ordusu 17-21 mart tarixində hücuma keçsəydi, istəyinə nail olardı.

Timçuk əlavə edib ki, vaxt Uraynanın xeyrinə işləyir:

"Sərhəddə cəmləşən rus hərbçiləri getdikcə döyüş ruhunu itirirlər. Ölkənin şərqindəki separatçılıq dalğasının qarşısı isə, pis-yaxşı alınır.

Timçuk hesab edir ki, Krım hadisələri ilə müqayisədə hazırda vəziyyət Ukrayna üçün müsbət məcrada inkişaf edir. Qərbin və Amerikanın tətbiq etdiyi sanksiyalar bəhrəsini verməkdədir. Amma bununla belə, ölkənin şərq vilyətlərində Kreml texnoloqları tərəfindən hərəkətə gətirilən separatçı meyl təhlüksəsi hələ də qalmaqdadır.

Hərbi ekspert diqqətə çatdırıb ki, Kremldən belə təlimat gəlib ki, yerlərdə separatçlar ciddi nəticələr əldə etdikdən sonra rus qoşunları hücuma keçsinlər:

"Bizə məlumat daxil olub ki, FSB və QRU-nun yerlərdə separatçılarla daha artıq işləməsi haqda göstəriş verilib. Onların əsas vəzifəsi yerlərdə, küçələrdə, vilyət administrasiyası binası önündə kütləvi iğtişaşlar yaratmaqdan ibarətdir. Əsas hədəf də elə separatçı meyllərin qarşısının alınması olmalıdır".

Tarix
2014.04.12 / 15:22
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla