Yuxarı

NATO: “Rusiyanın işğal xəritəsi dəqiqliklə məlumdur”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO: “Rusiyanın işğal xəritəsi dəqiqliklə məlumdur”

"Əgər Azərbaycan siyasi səmimiyyət göstərərsə, NATO Türkiyə vasitəsi ilə hər hansı təhlükəni neytrallaşdırmağa qadirdir".

Bu sözləri "Axar.az"a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun prezidenti Fərrux Məmmədov deyib.

O, Qərbin sanksiyalarını sərtləşdirməklə Rusiya təhlükəsini Azərbaycandan uzaqlaşdırdığını bildirib:

"Rusiyanın 2020-ci ilə qədər işğal edəcəyi xəritədə hər bir detal dəqiqliyi ilə verilib. Rusiya bu xəritəni reallaşdırmaqdan ötrü istənilən addımı atacağını hər kəsə sübut etmək niyyətindədir. Bu dövlət bir daha sübut edir ki, o heç bir beynəlxalq hüququ tanımır və istənilən zaman hansısa bir dövlətin ərazisinə təcavüz edə bilər. Hətta həmin ölkədə separatçı qüvvələrə açıq dəstək verə bilər. Ukraynanın şərq vilayətlərində baş verənləri Rusiya xüsusi xidmət orqanlari təşkil edir və bunun nəticəsinin də çox ağır olma ehtimali var. Rusiya hazırda Ukrayna daxilində vətəndaş müharibəsini daha da qızışdırmaq niyyətindədir. Əgər bu istəyini gercəkləşdirsə, rusların müdafiəsini bəhanə gətirərək, Ukraynanın cənub-şərqini tam işğal edə bilər. Rusiyanın bu siyasəti tezliklə özünə qarşı çevriləcək. Rusiya isə həmin zaman düşdüyü böhrandan yalnız parçalanma yolu ilə qurtula biləcək".

NATO nümayəndəsi prosesin Azərbaycana təsirinə də toxunub:

"Azərbaycana təhlükənin keçmə ehtimalına gəlincə isə bildirim ki, hazırda Rusiyanın Ukraynaya qarşı olan müdaxiləsinin nəticəsi olaraq ABŞ və Avropa Birliyi sanksiyaları sərtləşdirir. Vu sanksiyalar təhlükəni Azərbaycandan və digər ölkələrdən uzaqlaşdırırı. İstər ABŞ, istərsə də Avropa bilir ki, Azərbaycan Şərq və Qərbin qapısıdır. Rusiyanın ölkəmizə olacaq hər hansı bir təhlükəsinə qarşı operativ reaksiya veriləcək".

F.Məmmədov NATO-nun Azərbaycanı Rusiyadan istənilən vədə qorumağa hazır olduğunu da söyləyib:

"NATO-nun onunla əməkdaşlıq edən hər bir ölkəni istənilən halda qorumağa, bu və digər iqtisadi-siyasi vasitələrlə təhlükəni neytrallaşdırmağa qüdrəti var. Amma bu gün beynəlxalq hüquq normalarını rəhbər tutmaqla hadisələrin gedişatına səbr və təmkinlə yanaşmasını NATO-nun müdrik davranışı kimi qiymətləndirmək lazımdır. Əgər Azərbaycan siyasi təşəbbüs göstərərsə, NATO Türkiyə vasitəsi ilə ölkəmizə qarşı ola biləcək hər hansı təhlükəni neytrallaşdıra bilər. Öncə əməkdaşlığı daha da genişləndirmək lazımdır. Siyasi, iqtisadi təhlükəsizliyi təmin etməkdə NATO maraqlıdır. Ukraynadakı böhran dərinləşdikcə və Rusiyanın təcavüzkar olduğu açıq-aşkar bəlli olduqca, dünya ölkələrinin siyasi kursu dəyişəcək. NATO-ya da bu imkan verir ki, sərhədlərini genişləndirsin. NATO sərhədlərini beynəlxalq hüquqa dayanaraq genişləndirir. Bu genişlənmə siyasətindən Azərbaycan kənarda qalmayacaq!"

Tarix
2014.04.16 / 12:57
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

Mehdiyevin əsas adamlarından biri danışdı

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

AZAL təyyarəsi dayanacağa yedəkdə aparılıb - TASS

Şayiələr gəzir ki, Ramiz Mehdiyev… - Erməni politoloq

Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir

AZAL təyyarəsi havada 3 saat dövrə vurdu - Video

Mehdiyevlər ailəsindəki polkovnik Levon kimdir?

Ramiz Mehdiyevin daha bir dəhşətli cinayəti...

Zəngilan Böyük Qayıdışın rəmzidir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla