Yuxarı

ANAMA Cocuq Mərcanlıda: Bir gündə 656 qəlpə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gün ərzində üç evə və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçiriblər. Ümumilikdə 656 qəlpə aşkar edilib. Mina və partlamamış hərbi sursat tapılmayıb. Cəmi 19 min 660 kvadratmetr ərazi (9 min 160 kvadratmetr əl ilə və 10,5 min kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

ANAMA-dan Axar.az-a bildiriblər ki, 17 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 26 evə və yeni avtomobil yolunun tikiləcəyi əraziyə baxış keçirilib. Beş partlamamış hərbi sursat (üç ədəd 82 millimetrlik “OF-832” və iki ədəd 120 millimetrlik “OF-843” minaatan mərmisi) aşkar olunaraq zərərsizləşdirilib. Ümumilikdə 128 min 226 kvadratmetr ərazi (55 min 226 kvadratmetr əl ilə və 73 min kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatdan təmizlənməsi əməliyyatı davam etdirilir.

Yanvarın 1-dən fevralın 20-dək agentlik tərəfindən Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 29 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1521 partlamamış hərbi sursat, 34 tank və 2 piyada əleyhinə minalar aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 157 min 220 kvadratmetr ərazi (84 min 220 kvadratmetr əl ilə və 73 min kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

Tarix
2017.02.20 / 20:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla