Yuxarı

“Statoil”: Bakı hər zaman verdiyi sözü tutur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hər zaman verdiyi sözü tutur.

APA xəbər verir ki, bunu “Statoil”şirkətinin baş vitse-prezidenti Al Kuk ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.

A.Kuk buna misal olaraq bir neçə layihəni göstərib. Onun sözlərinə görə, bu layihələrin fonundan“Əsrin müqaviləsi” xüsusilə seçilir.

Norveç nəhənginin rəsmisi qeyd edib ki, “Statoil” Azərbaycanın neft-qaz sektorunun ikinci iri investoru adını qorumaq niyyətindədir: “Şirkətimiz Azərbaycanın enerji sektoruna 5,6 mlrd. dollar yatırıb. Azərbaycanın enerji sektoru nəhəng potensiala malikdir. 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dünyanın enerji xəritəsinə öz dəsti-xəttini gətirib. İndi deyə bilərik ki, Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi”.

SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə “Cənub Qaz Dəhlizi”layihəsinin reallaşmasına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib: “Biz ABŞ-ın qlobal səviyyədə rolunu qəbul edirik və inanırıq ki, rəsmi Vaşinqton“Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini davam etdirəcək. Avropanın enerji təchizatında vacib rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsinin icrası uğurla davam edir”.

Tarix
2017.03.01 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqladı

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla