Yuxarı

Qarabağın “tanınması” Ermənistanı qarışdırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağın “tanınması” Ermənistanı qarışdırdı

Ermənistan Respublika Partiyası Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyi ilə bağlı qanun layihəsinin səsverməsində iştirak etməyəcək.

"Axar.az"ın "News.am" saytına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə partiyanın deputatı Sukias Avatesyan çıxış edib.

O, qanun layihəsinin əleyhinə səs verməyin düzgün başa düşülməyəcəyini bildirib. Proyektin leyhinə səs verməyə gəlincə isə partiya təmsilçisi bunu sadəcə olaraq avantürizm adlandırıb. Ümumiyyətlə, belə bir səsvermənin dünya ictimaiyyəti tərəfindən düzgün başa düşülməyəcəyini də deyib. "Dağlıq Qarabağ de-fakto müstəqildir, amma de-yure tanınması dünya siyasətində ciddi suallardan biridir".

Xatırladaq ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qanun layihəsi Ermənistan parlamentinə təqdim edilib. Artıq "Çiçəklənən Ermənistan" və "Orinaç erkir" partiyaları da səsvermədə iştirakdan imtina etmək niyyətindədir .

Tarix
2013.11.13 / 11:55
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Türk gəmisi vuruldu: 22 ekipaj üzvü...

Agentlik sədri bu şöbə müdirlərini işdən çıxartdı

Azərbaycanla möhkəm münasibətlər qurmalıyıq - Zelenski

PKK Türkiyə sərhədindən çəkildi: bu ölkəyə hücuma keçir?

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla