Yuxarı

Əliyevin Ərdoğanla mətbuat konfransında zarafatı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Ərdoğanla mətbuat konfransında zarafatı - Video

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası (YDSK) III yığıncağı Ankarada keçirildi. Baş nazirlikdə təşkil edilən yığıncaqdan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublika başçısı İlham Əliyev ortaq mətbuat konfransı təşkil etdi.

Baş nazir Ərdoğan, mətbuata açıqlamasında "Yuxarı Qarabağ problemi Azərbaycanın problemi olduğu qədər bizim də problemimizdir",- dedi.

Açıqlamasında Yuxarı Qarabağ probleminə də toxunan Əliyev, "Bu mövzuda Türkiyəyə güvənəmiz sonsuzdur. Türkiyənin Qarabağ problemində davamlı bizim yanımızda olacağından əminik. Türkiyə böyük və şərəfli bir yol keçib. Türkiyənin razılığı olmadan bölgəmizdə heç bir təşəbbüs reallaşdırıla bilməz",- deyə bildirdi.

Əliyev, Türkiyə-Azərbaycan arasında vizasız rejimin təmin edilməsi mövzusunda əhəmiyyətli bir nöqtəyə gəlindiyini deyərək, yaxın zamanda ilk olaraq elm adamları və iş adamlarının bu imkandan faydalanacağını qeyd etdi.

İki ölkə arasında TANAP kimi çox əhəmiyyətli enerji proyektlərinin həyata keçiriləcəyinə diqqəti çəkən Əliyev, bu proyektlə Avropanın enerji xəritəsinin də dəyişəcəyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasındakı viza rejimi ilə əlaqəli suala verdiyi ritorik və zarafatyana cavab isə konfrans iştirakçılarının alqışına səbəb olub.

Həmin videonu təqdim edirik.

Tarix
2013.11.13 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla