Yuxarı

Qafqaz Müsəlmanları “Azal”dan niyə imtina edib?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qafqaz Müsəlmanları “Azal”dan niyə imtina edib?

Bu il də Həcc ziyarətinə yollanan zəvvarlarımız, ötən il olduğu kimi, "AZAL"ın deyil, Fransanın avia şirkətlərindən birinin xidmətindən bəhrələnəcək. Səbəbini aydınlaşdırmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. QMİ Həcc ziyarəti şöbəsinin müdiri Hacı Vidadi bu barədə məlumatı olmadığını söylədi.

"AZAL"ın xidmət rəisi Məhərrəm Səfərli isə bunu ölkədəki demokratiya ilə əlaqələndirdi: "Kim hansı şirkətlə istəyir, onunla da müqavilə bağlayır. Bizim onsuz da işimiz çoxdur. "AZAL" öz uçuşlarını daima, özü də yüksək səviyyədə həyata keçirir. Təbii, Qafqaz Müsəlmanları İdarəsi bizə bu haqda müraciət etsəydi, sözsüz ki, müsbət cavab verəcəkdik".

Xatırladaq ki, bu il müqəddəs Həcc ziyarətinə ölkəmizdən 3.280 zəvvar yola salınacaq. Onları 100 nəfər dindar qrup rəhbəri müşayiət edəcək. Onu da qeyd edək ki, bu dəfəki ziyarət ölkəmizdə keçiriləcək növbəti prezident seçkilərinə təsadüf etdiyindən zəvvar-seçicilərimiz Məkkədə Azərbaycan nümayəndəliyində seçimlərini edəcəklər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi MSK ilə birgə vətəndaşlarımızın prezident seçkilərində səs verməsini təmin etmək üçün gərəkən işləri görüblər. Zəvvarlar və onları müşahidə edən qrup rəhbərləri qeydiyyatda olduqları seçki dairələrindən çıxarılış vərəqələri alıblar və Məkkədəki Azərbaycan nümayəndəliyində səs verəcəklər.

Tarix
2013.09.09 / 16:52
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

Vüsal Aslanova sosial şəbəkədə nələr yazırlar...

Rixard Raşi Xankəndidə səfərdədir - Foto

Şahin Mustafayev Overçukla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla