Yuxarı

Maşınlarda pərdələrdən istifadə mövsümü bitir - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maşınlarda pərdələrdən istifadə mövsümü bitir - Video

2013-cü ilin 15 aprel tarixində Metrologiya və Patent üzrə Dövlət Komitəsinin verdiyi qərar əsasında, Azərbaycan Respublikasının iqlim şəraiti nəzərə alınaraq, bu ildən etibarən hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilib.

"Axar.az"ın ANS-ə istinadən verdiyi xəbərə görə, artıq 16 noyabr tarixindən etibarən avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə qadağa qoyulacaq.

Bakı şəhər Dövlət Polis İdarəsinin İctimai Qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yalnız avtomaşınların arxa şüşəsinə vurulan pərdə və görüntünü məhdudlaşdıran vasitələrə icazə veriləcək. Bundan başqa, bəzi avtomaşınların arxa tərəfində yük hissəsinin şüşələrinə jalüz və görüntunü məhdudlaşdıran vasitələrin vurulmasına da icazə verilir:

"Noyabr ayının 15-dən etibarən avtomobillərin arxa yan qapı şüşələrinə vurulan pərdələrin icazə müddəti bitir. Artıq o gundən etibarən həmin sürücülər qaydaya əməl etməsə, məsuliyyətə cəlb olunacaq. Xatırladım ki, yol hərəkəti qaydasına əsasən, həmin sürücülər 150 manat miqdarında cərimə ediləcək".

Tarix
2013.11.14 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla