Yuxarı

Azərbaycan cəbhəni yarıb, Xankəndinə girə bilərdi - Erməni general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan cəbhəni yarıb, Xankəndinə girə bilərdi -

Ötən ilin aprel döyüşlərində aldıqları zərbələrdən sonra Qarabağdakı erməni silahlı birləşmələri müdafiə xəttini durmadan möhkəmləndirir.

Virtualaz.org xəbər verir ki, qondarma “DQR”in “təhlükəsizlik şurasının katibi”, general Vitali Balasanyan “Mediamaks” agentliyinə müsahibəsində hazırda birinci müdafiə xəttində bütün mühəndis işlərinin yekunlaşdığını deyib. Onun sözlərinə görə, ikinci və üçüncü müdafiə xətlərində bir az yarımçıq işlər qalıb ki, bunlar da yekunlaşmaq üzrədir.

Vitali Balasanyan özünə və ötən ilin aprelində təmas xəttinin iki istiqamətində Azərbaycan ordusunun əks-həmləsinə tab gətirməyib darmadağın olan erməni ordusuna təskinlik verərək deyib ki, Azərbaycanın nəzarət altına aldığı ərazilər “strateji əhəmiyyət kəsb etmir”. “Lakin itirilən hər santimetr torpaq, hər ölən əsgər bizim üçün dözülməz və ağır dərddir”-öz mövqeyi ilə “bir qarış da torpaq qaytarmamaq” tərəfdarları sırasında olan Balasanyan deyib.

Xatırladaq ki, ötən ilin aprel döyüşləri zamanı Vitali Balasanyan orduda heç bir vəzifə tutmurdu, buna baxmayaraq erməni qüvvələrinin təmas xəttində darmadağın edilərək geri çəkilməsindən sonra Balasanyan da daxil olmaqla birinci Qarabağ müharibəsinin bir çox səhra komandirləri səfərbər edilərək ön xəttə göndərilmişdi. Balasanyan isə özünün sonradan təsdiq etdiyi kimi Ağdərə-Tərtər istiqamətində döyüşlərə faktiki komandanlığı üzərinə götürmüşdü. Çünki ermənilərin Ağdərə yaxınlığında dislokasiya olunmuş Mataqis polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan döyüşlər başlayanda qaçıb aradan çıxmışdı. (Sonradan onu vəzifəsindən azad etdilər-red.)

Erməni generalı iddia edir ki, Azərbaycanın planı aşağıdakından ibarət olub: hərbi əməliyyatların dördüncü, yaxud beşinci günündə təmas xəttinin mərkəzi hissəsində-Ağdam istiqamətində cəbhəni yarmaq və Stepanakertə (Xankəndi) qədər irəliləmək. Balasanyana görə Azərbaycanın arsenalı bu planı reallaşdırmağa imkan verirdi. Lakin o, lovğalanır ki, həmin günlərdə erməni ordusunun müdafiəni təşkil etməsi buna mane oldu.

Əlbətdə, ötən ilin apelində Qarabağda hərbi əməliyyatların Azərbaycan ordusunun təmas xəttinin iki istiqamətində bir neçə kilometr irəliləməsinin ardınca Rusiyanın müdaxiləsi ilə dayandırılması baş verməsəydi, general Balasanyan da indi bu müsahibəni verib lovğalanmazdı...

Ağdam istiqamətinə gəldikdə isə məlumdur ki, ötən ilin aprelində cəbhənin həmin istiqamətində vəziyyət dəyişməz qalmışdı. Azərbaycan ordusu həmin istiqamətdən əks-hücum əməliyyatı keçirməmişdi, ancaq Ermənistan ordusu həmin istiqamətdə dinc əhalinin təmas xəttinə daha yaxın və sıx yaşadığını nəzərə alaraq artilleriya zərbələrini əsasən bu istiqamətə yönəltmişdi.

Tarix
2017.04.27 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla