Yuxarı

İrəvan bu şərtlə işğaldakı rayonları boşaldacaq – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan bu şərtlə işğaldakı rayonları boşaldacaq – Şərh

Bu ay Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik və hərbi hərəkətliliyin artacağı gözlənilir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Dağlıq Qarabağ ətrafındakı son hərbi-siyasi prosesləri dəyərləndirərkən deyib. Politoloq bildirib ki, bir neçə gündür düşmənə vurulan ardıcıl zərbələr diplomatik təmasda canlamaya gətirməlidir:

“İyunun 11-də Astanada Rusiya və Azərbaycan prezidentlərinin görüşü gözlənilir. Təbii ki, bu görüşdə müzakirə ediləcək əsas məsələ danışıqların hazırkı vəziyyəti olacaq. Sülh prosesinin davam etməsi üçünsə Ermənistanın işğal altında saxladığı bir neçə rayondan hərbi hissələrini çıxartması əsas şərtdir”.

M.Əsədullazadənin fikrincə, hazırda sülh danışıqlarının aktiv olmamasının məsuliyyətini Rusiya daşıyır:

“Çünki ötən il aprel ayında baş verən hərbi əməliyyatların dayandırılmasına ciddi səy göstərən və münaqişənin nizamlanmasında təşəbbüsü ələ alan Rusiya oldu. Sülh danışıqlarının real nəticəsi əvəzinə isə Rusiyanın Ermənistana milyardlarla ölçülən külli miqdarda silahı təmənnasız verdiyini müşahidə etdik”.

Politoloq qeyd edib ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşü baş tutub. Bu görüşdə təmas xəttində vəziyyət müzakirə edilsə də, əsasən Ermənistanın ön xəttə ağır artilleriyanı cəmləşdirməsi, Azərbaycanın haqlı iradları Rusiyanın nəzərinə çatdırılıb:

“İyunun 19-da ATƏT Minsk Qrupunun həmsədrlərinin də regiona səfəri gözlənilir. Bu səfərdə həmsədrlər çalışacaq ki, prezidentlərin görüşünü təşkil etsinlər. Artıq Ermənistanla tələb və şərt şəklində danışmağın vaxtıdır. Hesab edirəm ki, Azərbaycan cəbhdə işğalçıya ciddi təzyiqlər etməklə İrəvanı danışıqlar masasına oturda bilər. Azərbaycanın güclü hərbi təzyiqləri davam edərsə, Ermənistan bir neçə rayonu boşaltmaq məcburiyyətində olacaq”.

Tarix
2017.06.03 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla