Yuxarı

Leyla və Arzu Əliyevalar Bulvarda gül əkdilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla və Arzu Əliyevalar Bulvarda gül əkdilər - Foto

İyunun 26-da Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyası keçirilib.

Axar.az xəbər verir ki, aksiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Bakı Bulvarının yaşıllıq sahələrinin zənginləşdirilməsi, ərazidə təbii gözəlliklərin və estetik görünüşün artırılması məqsədilə təşkil olunan aksiyada xüsusi landşaft kompozisiyalarına uyğun olaraq müxtəlif növ minlərlə mövsümi gül əkilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ilə birgə keçirilən aksiya ekoloji təşəbbüslərdə fəal iştirakın təşviqi, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və Dənizkənarı Milli Parkın yaşıl məkan kimi qorunması, onun inkişafına ictimai dəstəyin artırılması baxımından əhəmiyyət daşıyır.

Tarix
2026.06.27 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla